Mədəni alma

Mədəni alma (lat. Malus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Mədəni alma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Asiyada təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

3-6 və yaxud 10 -14 m hündürlüyü olan ağacdır. Gövdəsi çatlarla örtülmüş, böyük və yaşıl ağaclarda diametri 9 sm-ə çatır. Qollu-budaqlı, enliçətirlidir; bəzən çətiri yumurtavarı və ya şarşəkilli olur. Budaqları uzun müddət tüklü qalır. Oduncağı sıx, möhkəm və bərkdir. Tumurcuqları konusvarı və ya yumurtavarı olur. Yarpaqları iri və müxtəlif formalardadır. Çox vaxt oturaq hissəsi dəyirmi olmaqla yumurtavarıdır. Yarpağın kənarı yarım dairəvı, mişardişli, alt tərəfi az və ya sıx tüklüdür, açıq yaşıl rəngdədir, saplaqları qısadır. Çiçəkləri iri, ağ və ya çəhrayı rəngdədir, bayır tərəfdən daha tünd rənglidir. Çiçək saplağı, çiçək yatağı və kasacığı sıx keçətüklüdür. Meyvələri iri, diametri adatən 3 sm-dən artıqdır.

İstiyə, soyuğa, rütubətə tələbkar bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Dekorativ ağacdır, yaxşı ballı bitkidir. Meyvələrindən konserv, mürəbbə, jele, povidla, sidro, meyvə şərabı və s. hazırlanır. Meyvələrində 6,36-dan 12,7 mq-a qədər, yarpaqlarında isə 450 mq% C vitamini olur. Meyvələrində olan B vitamininin miqdarı 0,8-2,3 qamma, karotinin miqdarı 1,25-3,0 qammadır. Oduncağı müxtəlif qiymətli çilingər məmulatı hazırlamaq üçün işlədilir.

  1. Qian G., Liu L., Tang G. (1933) Proposal to conserve the name Malus domestica against M. pumila, M. communis, M. frutescens, and Pyrus dioica (Rosaceae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2010. Vol. 59, Iss. 2. P. 650–652. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175
  2. Wilson K. L. Report of the General Committee: 15 (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2016. Vol. 65, Iss. 5. P. 1150. ISSN 0040-0262; 1996-8175 doi:10.12705/655.14