Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1939 |
Əvvəlki qurum | Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz |
Tabelik | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi |
Ünvan | Bəşir Səfəroğlu küçəsi 144, Bakı, Azərbaycan AZ 1009 |
|
|
Rəsmi saytı | memim.az |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur.
Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur.
Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir.
Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir.
1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 16 aprel 1979-cu il tarixli 165 saylı “Bədii özfəaliyyət yaradıcılığının gələcək inkişafı haqqında” qərarına əsasən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə 1 sentyabr 1980-ci il tarixdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və Mədəni-maarif işi üzrə Elmi-Metodiki Mərkəzi yaradılmışdır.
3 may 1990-cı il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzi.
30 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzi.
1 sentyabr 2007-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi.
20 aprel 2018-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi.
3 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi.
1. Məlumatlar bazasının yaradılması sektoru
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Metodiki Şurası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin 5 yanvar 2018-ci il tarixli 001 saylı əmri ilə yaradılmışdır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Metodiki Şurası elmi-metodiki vəsaitlərin keyfiyyətini, mədəniyyətşünaslıq sahəsində maarifçilik prosesinin kreativliyini sürətləndirən, sahənin inkişafı naminə elm və mədəniyyətin qarşılıqlı əlaqəsini təmin edən, onun elmi-metodiki və ixtisasartırma təminatını daim yüksəltməyə xidmət edən istiqamətverici, qərarverici məsləhət orqanıdır.
Metodiki Şura mütərəqqi ideya və kreativ təşəbbüsləri mədəniyyət sahəsində koordinasiya edir, təklif və rəylərini bildirir; mədəniyyətşünaslıq sahəsində məsələləri müzakirə edir, qərarlar verir; mədəniyyət işçilərinin təkmilləşdirilməsini təşkil edir, (konfranslar, seminarlar, ixtisasartırma təlimləri, ustad dərsləri, elmi–metodiki nəşrlər, metodiki bülletenlər, yaradıcılıq sərgiləri və s.) müxtəlif tədbirlərin həyata keçirilməsi işlərini müzakirə edir, təkliflər verir; mədəniyyət sahəsində çalışan əməkdaşların elmi, elmi-metodiki və ixtisasartırma fəaliyyətlərini koordinasiya edir; vacib elmi-metodiki problemlərin MEMİM-in Elmi Şurasında müzakirə edilməsinə hazırlıq işləri görür; digər müvafiq elmi-metodiki şuralarla əlaqələr qurur.