Mədinə Vaqif qızı Əliyeva (4 may 1965[1], Bakı) — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002)[2], Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008)[3]. "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı.
Mədinə Əliyeva | |
---|---|
Mədinə Vaqif qızı Əliyeva | |
Doğum tarixi | 4 may 1965[1] (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | balerina, balerina, baletmeyster, xoreoqraf |
Fəaliyyət illəri | 1983-cü ildən |
Təhsili |
|
Mükafatları |
Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xareoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xareoqrafiya Məktəbində təcrübə keçmişdir.[4]
Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur.[4]
1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir.
2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.[5]
2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur.[6]