Mədinə əz-Zəhra (ərəb. الزارمدينن الالزهران "Madīnat al-Zahrā; isp. La ciudad brillante — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər.[4]
Mədinə əz-Zəhra | |
---|---|
Madinat Al-Zahra[1] مدينة الزهراء Conjunto Arqueológico Madinat Al-Zahra[2] | |
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 37°53′09″ şm. e. 4°52′04″ q. u.HGYO |
Veb-sayt | |
museosdeandalucia.es/web… | |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[5]
1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib.[6]
Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir.[7] Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.[8]