Mədrəsə Kukeldaş (özb. Ko'kaldosh madrasasi) — Daşkənddə yerləşən Çorsu Bazar və Çorsu metro stansiyasına yaxın yerləşən, orta əsrlərə aid mədrəsədir. Mədrəsə təqribən 1570-ci ildə Şeybani xanlığı tərəfindən tikilmişdir.[1]
Mədrəsə Kukeldaş | |
---|---|
özb. Ko'kaldosh madrasasi | |
41°19′24″ şm. e. 69°14′10″ ş. u. | |
Ölkə | Özbəkistan |
Şəhər | Daşkənd |
Sifarişçi | Şeybani xanlığı |
Tikilmə tarixi | 1568—1569 |
Vikianbarda əlaqəli mediafayllar |
Mədrəsə sarı kərpicdən tikilmiş və ənənəvi olaraq böyük giriş qapısından həmçinin daxili həyətdən ibarətdir. Qapının hündürlüyü 20 metrdir və hər iki tərəfində qüllə yerləşir. Mədrəsənin hər bir otağının eyvana çıxışı var.[1]
1830-1831-ci illərdə mədrəsənin birinci mərtəbəsi dağıdılmış və buradakı kərpiclər yaxınlıqdakı Beklarbeqi mədrəsəsinin tikintisində istifadə edilmişdir. Sonradan bura yenidən bərpa edilmişdir.[1] 1868-ci ildə mədrəsə zəlzələ nəticəsində zərər çəkmiş və 1902-1903-cü illərdə yenidən bərpa edilmişdir. 1950-ci illərdə isə burada yenidən bərpa işləri aparılmış və bir çox dini abidələr kimi 1966-cı ildə baş vermiş Daşkənd zəlzələsindən zərərsiz xilas edilmişdir.[2]
Mədrəsə 18-ci əsrdə karvansara kimi də fəaliyyət göstərmiş və sonradan qala kimi istifadə edilmişdir. 20-ci əsrdən etibarən bura muzey kimi fəaliyyət göstərir, həmçinin burada ateizm və sonradan xalq musiqiləri ifa olunmağa başladı. 1990-cı illərdə bura yenidən mədrəsə kimi istifadə olunurdu.[1]