Məhəbbət Qarabağlı

Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu25 dekabr 2017)[1] — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999[2]-2005[3])

Məhəbbət Qarabağlı
Məhəbbət İsmayıl oğlu Qarabağlı
bayraq
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyun 1999 – 30 aprel 2005
SonrakıMübariz Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1941(1941-05-05)
Doğum yeri
Vəfat tarixi 25 dekabr 2017(2017-12-25) (76 yaşında)

Təltifləri "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı

Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur[4].

1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir[4].

Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir[4].

1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir[4].

1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir[4].

1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir. 1995-ci ilin sonuna qədər həmin vəzifədə çalışmışdır[4].

1999-cu ilin iyun ayının 28-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə başçı təyin edilmiş və 30 aprel 2005-ci ilə qədər bu vəzifədə işləmişdir[4].

2005-ci ildə Bakı Şəhər Baş Təhsil İdarəsinə rəis, 2006-cı ildə isə yeni yaradılmış Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilmişdir[4].

25 dekabr 2017-ci ildə vəfat etmişdir[1].

  • "Şərəf nişanı" ordeni[4]
  • "Əməkdə fərqlənməyə görə" medalı[4]
  • SSRİ-nin "Maarif əlaçısı"[4]
  • Azərbaycan Respublikası Maarif Nazirliyinin "Qabaqcıl maarif xadimi" döş nişanı[4]
  • "Qızıl qələm" media mükafatı[4]

İki oğlu, bir qızı və altı nəvəsi var[4].

  1. 1 2 Mingəçevirin sabiq icra başçısı vəfat edib Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine. report.az, 25.12.2017  (az.)
  2. M. İ. Qarabağlının Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1999-cu il tarixli, 177 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  3. M.İ.Qarabağlının Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Arxivləşdirilib 2023-08-03 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2005-ci il tarixli, 791 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Ən böyük arzum məktəbə getmək idi" Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine. muallim.edu.az, 05.05.2011  (az.)