Məhəbbət telləri (film, 1981)

Məhəbbət telləri (Romanizasiya Silsila) 1981-ci ildə Yash Chopra ilə müştərək formada süjet xətti yazılmış, rejissoru və prodüseri olduğu hindi dilli romantik dram filmidir. Hekayəsi romantik dramaturq Amit (Amitabh Bachchan), həyat yoldaşı Şobha (Jaya Bachchan) və onun keçmiş tərəfdaşı Çandninin (Rekha) sevgi üçbucağı ətrafında cərəyan edir. Məhəbbət telləri, Amit və Şobhanın məcburi evliliklərində qarşılaşdıqları, onları bir-birindən ayıran hadisələri və onun Chandni ilə nikahdankənar münasibətə gətirib çıxaran qarşılaşmasından danışır. Filmin sauntreki Shiv-Hari tərəfindən ifa edilmiş, sauntrekin sözlərini isə Caved Axtar, Hasan Kamal, Meera Dev Burman, Nida Fazli, Rajendra Krishan və Harivansh Rai Bachchan yazmışdır.

Məhəbbət telləri
hind. सिलसिला
Janr romantik film[2], dram filmi
Rejissor Yaş Çopra
Prodüser Yaş Çopra
Əsərin müəllifləri Yaş Çopra
Sagar Sərhadi
Ssenari müəllifləri Yaş Çopra
Sagar Sərhadi
Baş rollarda Amitabh Bachchan
Jaya Bachchan
Rekha
Sanciv Kumar
Distribütor Netflix
İlk baxış tarixi 1981
Müddət 182 dəq.
Gəlir 35 million kror[1]
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0083081

Məhəbbət telləri çəkiliş heyəti ilə hələ istehsal mərhələsində olarkən medianın diqqətini çəkmişdir. Filmin üsas çəkilişləri 1980-ci ilin noyabr və 1981-ci ilin may ayları ərzində Amsterdam, Bombay (indiki Mumbay), DehliKəşmirdə aparılmışdır. Bununla belə, film 14 avqust 1981-ci ildəki premyerasından sonra kassada müvəffəqiyyətsizliyə düçar olmuş, cəmi 30 milyon ₹ (2020-ci ildəki ekvivalent ilə 520 milyon ₹ və ya 6,5 milyon ABŞ dolları) gəlir əldə etmişdir. 29-cu Filmfare Mükafatlarında film Ən Yaxşı Aktyor (Amitabh Bachchan), Ən Yaxşı Qadın Aktrisa (Jaya Bachchan) və Ən Yaxşı Musiqi Rejissoru (Şiv-Hari) nominasiyalarına layiq görülmüşdür. Tənqidi baxımdan, hekayəsi və aktyor heyətinin çıxışları üçün mənfi rəylər almışdır.

  1. Bisht, Renuka. "A tireless hunter of happy endings". The Indian Express. 19 November 2012. 26 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2022.
  2. http://www.imdb.com/title/tt0083081/.