Məhəd Sofiyev

Məhəd Mahmud oğlu Sofiyev ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru.[1][2]

Məhəd Sofiyev
Məhəd Mahmud oğlu Sofiyev
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Respublikası Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı Professor
Mükafatları "Tərəqqi" medalı

1932-ci ildə anadan olmuşdur. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan "Şərqin şəfəqi" qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Qardabani rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır. Həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin keçmiş və bugünkü vəziyyəti ilə bağlı problemlərin tədqiqi də elmi araşdırmalarında mühüm yer tutur. Bir neçə tarix elmləri namizədi hazırlamışdır. 60-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

  1. "Məhəd Mahmud oğlu Sofiyev". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.
  2. "ASİYA VƏ AFRİKA ÖLKƏLƏRİ TARİXİ". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-09.