Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub.[1]
Məhəmmədəli Fəxrəddini | |
---|---|
Məhəmmədəli Həsən oğlu | |
Doğum adı | Məmmədəli Fəxrəddin Məhzun Hüseyni oğlu |
Təxəllüsü | Məhzun |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Uşaqları | Fərhad Fəxrəddini, Fəxrəddin Fəxrəddini |
Fəaliyyəti | şair |
Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir.
Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Gənc yaşlarından yazdığı kiçik şeirləri ilə Məmmədəli Məhzun oxucuların diqqətini cəlb edir. Sonralar o, yaradıcılığında daha çox qəzəl janrına üstünlük vermiş və bütün Azərbaycanda şöhrət qazanmışdır. Şairin ilk kitabı da 1945-ci ildə "Qəzəllər" adı ilə çap olunmuşdur.Şairin ``Hicran Xəstəsi`` kitabı isə 1979-cu ildə çap olunmuşdur.Bakıda çap olunan "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" kitablarının üçüncü və dördüncü cildlərində Məmmədəli Məhzunun əsərlərindən nümunələr verilmişdir.
Şair ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |