Məhəmmədəmin xan(1817–1855) — Qonquratlar sülaləsindən Xivə xanı.
Rəhimqulu xanın yerinə Xivə xanı olan qardaşı Məhəmmədəmin xan (1846–1855) qüvvətli bir orduyla təkrar Sarık türkmənləri üzərinə yürüdü; Cəmşidilərin də yardımı ilə türkmənləri ağır bir məğlubiyyətə uğratdı. Fəqət daha sonra onlara qarşı uyguladığı sərt siyasət, aşağı Murğab yörəsində Təkə türkmənləri ilə onların cənubunda Səraxs bölgəsində yaşayan Salur türkmənləri üzərində pis təsir göstərdi. Daha öncəki illərdə Xivə xanlığının İran ilə apardığı mücadilələrdə Xivə cəbhəsində çarpışmalarına baxmayaraq zaman-zaman Xivə qüvvələrinin hücumuna uğrayıb mallarının talan edilmesini unutmamış olan Təkə türkmənləri Məhəmmədəmin xana üsyan etdilər. Bu üsyana qarşı hazırlıqlı olan Məhəmmədəmin xan, Təkə türkmənləri üzərinə ani bir basqın edərək onları ağır bir məğlubiyyətə uğratdı. Ancaq Məhəmmədəmin xanın bu səfərləri türkmənləri öz aralarında birləşməyə məcbur etdi. Təkə türkmənləri öndərliyindəki birləşmiş Türkmən qüvvələri Xivə ordusunu 1855-ci ilin baharında ağır bir yenilgiyə uğratdı. Savaşdan sonra Məhəmmədəmin xan öldürüldü.