Rəhimqulu xan

Rəhimqulu xan(1804–1845)—Qonquratlar sülaləsindən Xivə xanı.

Allahqulu xanın 1842-ci ildə ölümündən sonra yerinə oğlu Rəhimqulu xan (1842–1846) Xivə taxtına çıxdı. Rəhimqulu xanın səltənəti ilə birlikdə ölkənin uzaq bölgələrində üsyanlar başladı. Bu üsyanlar içində Rəhimqulu xanı ən çox məşğul edənlər, Murğab yörəsindəki Cəmşidilər ilə Mərv bölgəsindəki Sarıq türkmənlərinin üsyanı oldu. Çətin bir mücadilədən sonra Cəmşidilər itaət altına alına bildiysə də, Rəhimqulu xanın qardaşı Məhəmmədəmin xanın komandasında türkmənlərə qarşı göndərilən Xivə qüvvələri məğlub oldu. Bu uğursuzluq ölkə içində və xaricində Rəhimqulu xanın prestijini sarsdı.

1843-cü ilin may ayında Xivə xanının elçisi Əvəz Berdiyev Rusiya imperatoru II Nikolayın sarayına, Sankt-Peterburqa gəldi.[1].

Rəhimqulu xanın hakimiyyəti dövründə tarixçi Məhəmmədrza Agahi Xarəzm tarixi kitabını yazmışdı.

  • Гуломов Х. Г., Дипломатические отношения государств Средней Азии с Россией вXVIII — первой половине XIX века. Ташкент, 2005
  • Гулямов Я. Г., История орошения Хорезма с древнейших времен до наших дней. Ташкент. 1957
  • История Узбекистана. Т.3. Т.,1993.
  • История Узбекистана в источниках. Составитель Б. В. Лунин. Ташкент, 1990
  • История Хорезма. Под редакцией И. М. Муминова. Ташкент. 1976.
  • Муталов О., Хива хонлиги Оллокулихон даврида. Тошкент. 2005.
  1. Гуломов Х. Г., Дипломатические отношения государств Средней Азии с Россией в XVIII — первой половине XIX века. Ташкент, 2005, с.253