Məhəmməd Şahtaxtinski

Məhəmmədəmin Həbibul­la oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı23 aprel, Bakı) — fizik, fizika elmləri dok­toru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi.[1][2][3][4][5][6]

Məhəmməd Şahtaxtinski
Məhəmməd Həbibulla oğlu Şahtaxtinski
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (78 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Həbibulla bəy Şahtaxtinski
Milliyyəti azərbaycanlı
Təhsili Moskva Energetika İnstitutu
Mükafatları "Şöhrət" ordeni — 2004 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1991

Məhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb.[1][2][3][4][5][6]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib.[1][2][3][4][5][6]

Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991).[1][2][3][4][5][6]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. O, 1981-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib. Alimin fizika sahəsində qazandığı elmi nailiyyətlərinə görə onlarla patent və müəlliflik şəhadətnamələri alıb. Belə ki, o, 250-dən artıq elmi məqalənin, 60 ixtiranın müəllifidir. Rəh­bərliyi altında 2 elmlər doktoru və 12 fəlsəfə doktoru yetişdirilib.[1][2][3][4][5][6]

Məhəmmədəmin Şaxtaxtinskinin tədqiqatları bərk cisimlər fizikasına aiddir. O, bu sahədə yeni elmi istiqamətin əsasını qoyub. Yarımkeçirici və yarımmetalların bərk məhlullarında yük daşıyıcıların enerji spektri və elektron xassələri arasında ümumi qanunauyğunluğu müəyyən edib, onların qalğanomaqnit və termoelektik xassələrində bir sıra anomaliyanın, maqnitoplazma dalğalarının dispersiyasının miqdarı cəhətdən şərhinin mümkünlüyünü, aşkar halların bərk məhlulun tərkibindən asılı olmayaraq dəyişməsini göstərib. Yarımkeçiricilərin termodinamikasının tədqiqində, bir sıra orijinal metodika və qurğuların yaradılmasında yaxından iştirak edib. Şaxtaxtinskinin rəhbərliyi ilə yüksək keyfiyyətli iqtisadi cəhətdən sərfəli poladlar yaradılıb, böyük sürətlə işləyən etibarlı və sərfəli, sağlamlıq üçün zərərsiz çapetmə metodikası işlənib hazırlanıb. O, Fransada kristalların yetişdirilməsi üzrə beynəlxalq konfransda məruzə edib.[1][2][3][4][5][6]

Məhəmmədəmin Şaxtaxtinski 23 aprel 2011-ci ildə Bakı şəhərində vəfat edib.[1][2][3][4][5][6]

Məhəmmədəmin Şaxtaxtınski "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb və Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.[1][2][3][4][5][6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şaxtaxtinski" (PDF). science.naa.edu.az. 2021-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.02.2024.
  2. 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski". azertag.az. 23.04.2011. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
  3. 1 2 3 4 5 6 7 8 "ŞAHTAXTİNSKİ MƏHƏMMƏDƏMİN HƏBİBULLA OĞLU". www.nkpi.az. 2016-08-15. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
  4. 1 2 3 4 5 6 7 8 "Şahtaxtinski Məhəmmədəmin Həbibulla oğlu". www.physics.gov.az. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.02.2024.
  5. 1 2 3 4 5 6 7 8 "Məhəmməd Şahtaxtinski Həbibulla oğlu". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-31.
  6. 1 2 3 4 5 6 7 8 "Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.