Məhəmməd Əli xan — XVIII əsrin I rübündə fəaliyyət göstərmiş Səfəvi hərbi xadimi, Azərbaycan bəylərbəyliyinin hakimi.[1]
Məhəmməd Əli xan | |
---|---|
1719 – 1720 | |
Əvvəlki | Səfiqulu xan Ziyadoğlu-Qacar |
Sonrakı | Mixri xan |
Şəxsi məlumatlar | |
Dini | Şiə İslam |
Məhəmməd Əli xan 1719-1720-ci illər aralığında Səfəvi dövlətinin Azərbaycan bəylərbəyiliyinin hakimi olmuşdur. O, bu vəzifədə Səfiqulu xan Ziyadoğlu Qacarı əvəzləmiş, ondan sonra isə bu vəzifəyə Mehdi (və ya Mixri) xan gəlmişdir.
Onun hakimliyi dövrü Səfəvi dövlətinin süqut dövrünə təsadüf edir. Qəddar hakim kimi təsvir edilən Məhəmməd Əli xanın davranışları Təbrizdə üsyana səbəb olmuş, üsyan nəticəsində də Məhəmməd Əli xan bəylərbəyiliyi tərk etməyə məcbur qalmışdır. Üsyan və bəylərbəyininin vilayəti tərk etmə hadisəsi 1719-cu ildə baş vermişdir. Bu hadisədən sonra İsfahandakı mərkəzi Səfəvi hakimiyyətinin ağır təzminat olaraq əyalətdən pul aldığı və göndərilən hakimiyyət nümayəndələrinə tabe olmağı əmr etdiyi bildirilir.[2]