Məhəmməd Abutrika

Məhəmməd Abutrika[1](ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi.

Məhəmməd Abutrika
ərəb. محمد أبو تريكة
ərəb. جمال هاشم مكى أبو تريكة
Ümumi məlumatlar
Doğum tarixi (46 yaş)
Doğum yeri Giza, Misir
Vətəndaşlığı Misir Misir
Təhsili
  • Qahirə Universiteti[d] (19972000)
Boyu 1.83 m (6 ft 0 düym)
Çəkisi 79 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Misir Əl-Əhli
Nömrəsi 22
Karyerası
Klub karyerası[* 1]
1996—2003 Misir Tərsanə 142 (91)
2003—h.h. Misir Əl-Əhli 172 (124)
2013  Birləşmiş Ərəb Əmirlikləri Baniyas 6 (2)
Milli yığma[* 2]
2001—h.h. Misir Misir 100 (38)
2012 Misir Misir (Olimpiya) 4 (2)
Təltif və medalları
Afrika millətlər kubokları
Qızıl Misir 2006
Qızıl Qana 2008

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2 sentyabr 2010 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2 sentyabr 2010 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb.

Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır.

Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.

  1. adının Abu Trika yazılışına da rast gəlinir