Məhəmməd Bedur

Məhəmməd Bedur (d. 23 sentyabr 2000)[1]İordaniyalı üzgüçü. Məhəmməd Bedur İordaniyanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi.

Məhəmməd Bedur
ərəb. محمد بدور
Şəxsi məlumatlar
Tam adı Məhəmməd Bedur
Vətəndaşlığı İordaniya İordaniya
Doğum tarixi (23 yaş)
Doğum yeri
İdman növü Üzgüçülük
14 may 2017 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Dünya Çempionatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Bedur 2015 Su idman növləri üzrə Dünya Çempionatında iştirak etmişdir. Bedur kişilər 100 m sərbəst, kişilər 100 m arxası üstə, 4 x 100 m qarışıq sərbəst, 4 x 100 m qarışıq estafet yarışlarında iştirak etmişdir.[2][3][4][5]

Məhəmməd Bedur növbəti dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.68 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 71-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.[6][7]

İslam Həmrəyliyi Oyunları[redaktə | mənbəni redaktə et]

Məhəmməd Bedur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 100 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 58.85 saniyəlik nəticəsi ilə 12-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rio may have 'qualifying' Jordanian swimmers". The Jordan Times. 2 July 2015. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2015.
  2. "16th FINA World Championships Kazan (RUS) July 24 - August 9, 2015". Omega Timing. 28 September 2015. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2017.
  3. "16th FINA World Championships Kazan (RUS) July 24 - August 9, 2015". Omega Timing. 28 September 2015. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2017.
  4. "16th FINA World Championships Kazan (RUS) July 24 - August 9, 2015". Omega Timing. 28 September 2015. 31 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 May 2017.
  5. "Mixt 4 x 100m Medley Results (Summary - Relay) - Download". Omega Timing. 28 September 2015. 5 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 May 2017.
  6. "Swimming: Men's 100m Freestyle Heats Results". FINA. Omega Timing. 29 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2017.
  7. "2017 World Aquatics Championships > Search via Athletes". Budapest 2017. 22 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2017.
  8. "Mohammed Bedour" (PDF). 2017 Islamic Solidarity Games. 21 May 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 May 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]