Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 15 gün əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Məhəmməd Quluzadə (1980) — Azərbaycan alimi. Hüquq üzrə fəlsəfə doktoru.
Məhəmməd Quluzadə | |
---|---|
Doğum tarixi | 1980 |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
Məhəmməd Quluzadə 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə Böyük Britaniyanın Esseks Universitetinin Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr pilləsini bitirib. Aspirantura təhsilini 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
Məhəmməd Fəxrəddin oğlu Quluzadə 2002–2014-cü illərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Monitorinq Departamentində ekspert, 2005–2008-ci illərdə ATƏT-in Bakı Ofisində hüquqşünas, 2008–2014-cü illərdə ABŞ-nin Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzində (İnternational Center for Non-Profit Law) hüquqşünas, MDB ölkələri üzrə baş hüquq məsləhətçisi və ölkə üzrə direktoru vəzifəsində çalışıb.
2014-cü ildən "MG Consulting" MMC-nin direktoru vəzifəsində işləyərkən insan haqları və vətəndaş cəmiyyəti sahəsində bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. Bu müddət ərzində insan haqları və qeyri-hökumət təşkilatları sahəsində müxtəlif ölkə hesabatlarının və maarifləndirici vəsaitlərin, bir sıra qanunvericilik aktlarına dair təkliflərin hazırlanmasında və təlimlərin keçirilməsində iştirak edib. Eyni zamanda müxtəlif dövlət qurumlarının işində vətəndaşların iştirakına imkan yaradan Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) yaradılmasına və fəaliyyətinə rəhbərlik etmişdir.
Müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və ADA Universitetində müəllim kimi fəaliyyət göstərib.