Məhəmməd Uzuyev

Məhəmməd Uzuyev (rus. Uzuyev, Məhəmməd Yəhyayeviç; d. 1917, İtum-Kali — ö. 22 iyun, 1941, Brest qalası) — çeçen, Fəhlə-Kəndli Qırmızı Ordusunun baş serjantı, Böyük Vətən Müharibəsinin iştirakçısı, 6-cı atıcı Orlovski Qırmızı Bayraq diviziyasının 333-cü atıcı alayının tədris taqımı komandirinin müavini, Rusiya Federasiyasının Qəhrəmanı (1996-cı ildə, ölümündən sonra).

Məhəmməd Uzuyev
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 22 iyun 1941(1941-06-22)
Vəfat yeri
Fəaliyyəti əsgər
Partiyası

1917-ci ildə Ter vilayətinin Çeçen dairəsinin İtum-Kali kəndində (hazırda isə Çeçenistan Respublikasının İltum-Kali rayonu) anadan olub. 1937-ci ildə Qroznı Neft İnstitutunun işçi fakültəsini bitirib. ÜKP (b) İtum-Kali raykomunda işləyib.

1940-cı ildə Brestdə Qırmızı Ordu sıralarında, Belarus Xüsusi hərbi dairəsinin 6-cı atıcı diviziyasında xidmətə başlayıb. Kiçik Komanda heyətində alay məktəbini başa vurub. 333-cü atıcı alayının tədris taqımının komandir müavini təyin edilib.

22 iyun 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. 333-cü alayın kazarmaları Terespol qapıları ətrafında yerləşirdi. Bu alay düşmənin hücumuna məruz qalan ilk qüvvə oldu. Müharibənin ilk günü almanlar qalaya daxil oldular, Məhəmməd Uzuyev qumbaranı özünə bağlayaraq düşmən önünə atdı.

19 fevral 1996-cı ildə Məhəmməd Yəhyayeviç Uzuyev Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görüldü.[1]

  • Onun adı Brest qalası müdafiəçiləri memorialında əbədiləşdirilib.
  • Arqun sərhəd dəstəsinin "Xaçaroy-Ekx" zastavası Məhəmməd Uzuyevin adını daşıyır.
  • Qroznıda və İtum-Kalidə onun adını daşıyan küçələr var.[1]
  • Гешаев М. Б. Знаменитые чеченцы. — Гр.: Седа, 1999. — Т. 1. — С. 320–349. — 644 с. — 2000 nüsxə.
  1. 1 2 Гешаев М. Б. Знаменитые чеченцы. — Гр.: Седа, 1999. — Т. 1. — С. 320–349