Məhəmməd Xəlilov (tam adı: Məhəmməd Ağaş oğlu Xəlilov, 12 yanvar 1920, Sabirabad rayonu – 1997, Cavad, Sabirabad rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı.
Məhəmməd Xəlilov | |
---|---|
Məhəmməd Ağaş oğlu Xəlilov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Luçano |
Doğum tarixi | |
Doğum yeri | Cavad kəndi, Cavad qəzası, Bakı quberniyası, ADR |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Cavad, Sabirabad rayonu, Azərbaycan |
Vətəndaşlığı |
AXC→ SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | azərbaycanlı |
Hərbi hissə | Birinci rotanın 4-cü vzvodu |
Xidmət illəri | 1941—1945 |
Rütbəsi | Leytenant |
Təltifləri |
Məhəmməd Ağaş oğlu Xəlilov 12 yanvar 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. 1938-ci ildə orta təhsilini başa vurub əmək fəaliyyəti ilə məşğul olmuşdur.[1]
İkinci Dünya Müharibəsi başlayanda muharibəyə yollanmış, hərbi məktəbi bitirərək leytenant rütbəsi almışdır. İlk döyüş tapşırığını Ukraynanın Poltava vilayətində yerləşən Xarkov şəhərindəki 4-cü polkun 4-cü batalyonunda yerinə yetirmişdir. Birinci rotanın 4-cü vzvodunda pulemyotçular komandiri olmuşdur. Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M.Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M.Buskontinin komandir olduğu İkinci briqadaya qoşulur. M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli “Vətənpərvər sertifikatı” ilə təltif edilmişdir.[1] O dövrdə İtaliyada nəşr olunan “Unita” qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir , möhkəm mühafizə edilən körpünü partlatmışdır. Bir müddət sonra onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o, artıq “Luçano” ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi.[2]
Sabirabad tarix-diyarşünaslıq muzeyindəki guşələrin birində Məhəmməd Xəlilovun keçdiyi döyüş yolunu əks etdirən sənədlər nümayiş etdirilir. Döyüşçünün əsir düşərgəsində olduğunu və onun İtaliya Müqavimət Hərəkatının diviziyasında düşmənə qarşı keçirilən əməliyyatlarda iştirakını əks etdirən sənədlər vardır.
Partizan Luçano adı ilə tanınmış Məhəmməd Xəlilov İtaliyanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[2]
Onun adına sənədli film də çəkilmişdir. Bu sənədli filmdə Luçano ləqəbli partizan, İtaliyanın Milli Qəhrəmanı, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətənpərvərlik sertifikatı" alan "İtaliya Muqavimət Hərəkatı Qəhrəmanı" Ukrayna və İtaliyanın fəxri vətəndaşı, Qrebenka şəhərinin ömürlük Xalq Deputatı olan Məhəmməd Ağaş oğlu Xəlilovun həyatı və İkinci Dünya Muharibəsi illərindəki partizanlıq həyatından bəhs edir.
Uzun illər müəllimlik etmiş Məhəmməd Xəlilov 1997-ci ilin avqustun 5-də vəfat etmişdir.