Məhəmməd Xarrasov (18 sentyabr 1948, Sermenevo[d], Başqırd MSSR – 9 mart 2024[1], Ufa) — fizik, Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2002), fizika-riyaziyyat elmləri doktoru (1995), professor (1996), Başqırdıstan Dövlət Universitetinin rektoru (2000–2010), Rusiyanın (2008) və BR Əməkdar elm xadimi (1997), Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçısı (2002), Rusiya Federasiyasının Təhsil Nazirliyinin əlaçısı (2003).
Məhəmməd Xarrasov | |
---|---|
Məhəmməd Xadis oğlu Xarrasov | |
Doğum tarixi | 18 sentyabr 1948 |
Doğum yeri | SSRİ |
Vəfat tarixi | 9 mart 2024[1] (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Başqırd |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Məhəmməd Xadis oğlu Xarrasov[2] 18 sentyabr 1948-ci ildə Başqırdıstan MSSR Belores rayonu, Sermenovo kəndində anadan olmuşdur.
1971-ci illdə Məhəmməd Xarrasov Başqırdıstan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1971–1972-ci illərdə elə həmin universitetdə lobarant işləmişdir. 1972–1975-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1975–1991-ci illərdə Başqırdıstan Dövlət Universitetində asistent, nəzəri və eksperimental fizikası kafedrasının dosenti işləmişdir
1980–1984-cü illərdə isə Əlcəzairdə müəllim kimi (işgüzar səfərdə) fəaliyyət göstərmişdir. 1991–1994-cü illərdə MDU doktoranturada təhsil almışdır. Doktorluq dissertasiyasının mövzusu Moskva Dövlət Universitetində "Boqolyubovun Dinamik Sistemlərin Bazı Modellərində Asimptotik Metodları" olur.
1994-cü ildən 1999-cu ilədək BDU-də professor, dosent, Fizika fakültəsinin dekanı kimi vəzifələrdə çalışır. 1999–2000-ci illərdə Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsnin icraçısı kimi çalışmışdır. 17 yanvar 2000-ci ldə isə Başqırdıstan Dövlət Universitetinin rektoru seçilmişdir.
Dövlət Baş Assambleyasının müavini — Başqırdıstan Respublikasının Qurultayı.
"Vahid Rusiya" siyasi partiyasının üzvüdür.
Xarrasovun elmi maraqları: materialların superkeçiricilik fizikası; dissipativ sistemlərdə stokastik diffuz proseslər; kondensasiya edilən mühitlərdə dinamik mübadilə qarşılıqlı əlaqələri.
Ailəsi: Həyat yoldaşı, Alfiya Mukadasovna (riyaziyyatçı). Oğlu: Salavat — hüquqşünas, qızı Quzel — tibb elmləri namizədi, nəvəsi — Murad .
Məhəmməd Xadis oğlu Xarrasov — 100-dən çox elmi məqalənin müəllifidir.
Высокотемпературная сверхпроводимость магнитокерамических систем. Уфа: Китап, 1997 (соавтор).
Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçısı, Rusiya Federasiyasının Təhsil Nazirliyinin əlaçısı, Başqırdıstan Respublikası Fəxri Diplomu ilə mükafatlandırılmışdır.
Başqırdıstan Respublikası Əməkdar elm xadimi. "İlin rektoru — 2004" adına layiq görülmüşdür.