Məhəmməd bəy Aslanbəyov — podpolkovnik, Birinci Azərbaycan süvari alayının zabiti.
Məhəmməd bəy Aslanbəyov | |
---|---|
Doğum tarixi | |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Podpolkovnik Məhəmməd bəy Aslanbəyov 1894-cü il martın on altısında Dağıstan vilayətinin Kürə nahiyəsində bəy ailəsində anadan olub. Teymurxan - şura şəhər ədadiyə məktəbində və Tiflisdəki böyük knyaz Mixail Nikolayeviç adına hərbi məktəbdə təhsil alıb. Hərbi xidmətə 1914-cü il oktyabrın birində başlayıb. 1915-ci il fevralın birində Qafqaz cəbhəsindəki döyüşən orduda əla xidmətinə görə praporşik rütbəsi verilib. Həmin il fevralın yeddisində, yüz əlli beşinci Quba piyada alayına keçirilib. Noyabrın birində podporuçik, 1916-cı il dekabrın on ikisində isə poruçik rütbəsi alıb. 1918-ci il martın on dördündə birinci Azərbaycan süvari alayında birinci bölüyün komandiri təyin olunub. Həmin il avqustun iyirmi doqquzunda 1207 nömrəli əmrlə ştab-rotmistri rütbəsilə təltif olunub. Bakı cəbhəsində daşnakbolşeviklərə qarşı döyüşlərdə igidliklə vuruşub. Poruçik Məhəmməd bəyin qəhrəmanlığını general Nuru paşa Türkiyənin "Hərb medalı" ilə qiymətləndirib. 1918-ci il iyulun səkkizində Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimov Birinci Azərbaycan alayının komandirinə belə bir məlumatla müraciət etmişdir: "Poruçik Məhəmməd bəy Aslanbəyov özünü alayda yararlı zabit kimi, süvari Azərbaycan alayının bir çox zabitlərindən xeyli yaxşı göstərmişdir. Ona görə də, onun təminat almaq üçün, alaylardan birinə qəbul edilməsi yaxşı olardı. Alayın bir çox zabitləri Tiflisdə eyş-işrətlə məşğul olduqları halda, o dəstədə yorulmadan çalışır. Əla və çalışqan zabit olduğuna görə mən poruçik Məhəmməd bəy Aslanbəyovu dəstədən buraxa bilmərəm. Çox təəssüflər olsun ki, işə can yandıran belə zabitlər çox azdır. Dəstədəki xidmətdən - kimin işə sadiq olduğu, kiminsə paqon və pul üçün xidmət etdiyi aydın oldu. Namusla xidmət edən zabiti cəzalandırmaq çox acı hal olardı."
Arxiv sənədlərindən məlum olur ki, poruçik Məhəmməd bəy Aslanbəyov Birinci Dünya Müharibəsi illərində Azərbaycan süvari alayında da namus və qeyrətlə vuruşmuşdur. O, "İgidliyə görə" medalı ilə və "Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsilə (1915-ci il iyulun 25-də), "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla birgə (1915-ci il dekabrın 20-də), "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsilə - bant və qılıncla (1916-cı il iyulun on yeddisində), 1918-ci ildə Bakı uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Türkiyənin "Hərb medalı" ilə təltif olunmuşdur.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |