Məhəmməd bəy Cavanşirov

Məhəmməd bəy Cavanşirov — müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu.

Məhəmməd bəy Cavanşirov
Məhəmməd bəy Şamil ağa oğlu Cavanşirov
Doğum tarixi
Doğum yeri Yüzbaşılı, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti pedaqoq

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd bəy Şamil ağa oğlu 1900-cü ildə Şuşa qəzasının Yüzbaşılı obasında dünyaya gəlmişdi. Şuşa rеal məktəbində oxumuşdu. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Sеminariyasında təhsil almışdı. Şıxlar-Qərvənd, Minkənd, Qaradolaq, Əfətli kəndlərində nəzarətçi-dirеktor, müəllim işləmişdi.

Məhəmməd bəy Rəxşəndə xanım Mirzə Səməd ağa qızı ilə ailə qurmuşdu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]