Əfətli

ƏfətliAzərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]

Əfətli
40°01′29″ şm. e. 47°06′43″ ş. u.
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 207 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0217
Xəritəni göstər/gizlə
Əfətli xəritədə
Əfətli
Əfətli

Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur.

Toponomik izahı

[redaktə | mənbəni redaktə et]

XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir. Qədim türkmənşəli Avest tayfasının adındandır.[2]

Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın Toponimləri", 2005.
  3. Mirzə Adılgözəl bəy Qarabağnamə. "Qarabaxnamələr". Bakı, 1989.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]