Məhəmməd ibn Əbdülvahhab

Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (ərəb. محمد بن عبد الوهاب‎; tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[2][3][…], Üyeynə, Ər-Riyad regionu[d]22 iyun 1792[4], Diriyyə, Birinci Səudiyyə əmirliyi[1]) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu.

Məhəmməd ibn Əbdülvahhab
محمد بن عبد الوهاب
Digər adı İbn Əbdülvahab
Doğum tarixi
Doğum yeri Uyaynah, Nəcdi
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Diriyah, Ər-Riyad
Vətəndaşlığı Diriyyə əmirliyi
Milliyyəti Ərəb
Dini İslam (Sələfi)
Fəaliyyəti üləma
Elmi dərəcəsi Şeyxülislam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir.

Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaidhədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynə də aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir.[5] Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır. Bu dövrdən İbn Əbdülvahabın tərəfdarlarına vəhabi adı verilmişdir. Daha sonra Hüreymilədən öz doğma şəhəri Üyeynəyə qayıtmışdır. Həmin vaxt Üyeynə şəhərinə Osman ibn Həmd rəhbərlik etmişdir. Burada Osman ibn Həmdlə Məhəmməd ibn Əbdülvahab arasında mübahisə baş vermişdir. Və nəticədə İbn Əbdülvahab 1740-cı ildə Üyeynədən Nəcdin başqa bir şəhəri olan Dəriyyəyə köçmüşdür. Həmin dövrdə Dəriyyə şəhərinə Məhəmməd ibn Səud rəhbərlik etmişdir. İbn Səudla İbn Əbdülvahab arasında sıx əlaqələr yaranmışdır.[6] Əvvəllər Dəriyyə şəhərində yoxsulluq və aclıq hökm sürsə də İbn Səud zamanında bu problemlərin hamısı aradan qaldırılmışdır.[7]

Məhəmməd ibn Əbdülvahab 1786-cı ildə Osmanlı imperiyasının tərkibində olan Ərəbistan yarımadasında vəfat etmişdir.[8]

  1. 1 2 Ərəbcə Vikipediya. 2003.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Cheikh Mohammed Ibn Abd Al Wahab // Babelio (fr.). 2007.
  4. Muhammad ibn Abd al-Wahhab // SNAC (ing.). 2010.
  5. Nəcd Alusi tarixinin xülasəsi, səh. 111–113
  6. Osman ibn Sənəd əl-Bəsri, "Tarixi-Bağdad", səh. 152
  7. Alusi İbn Bişr Nəcdinin dilindən belə rəvayət edir: “Mən Dəriyyə əhalisinin ağır güzəran keçirməyinin şahidi olmuşam. Sonralar bu şəhər Səudun vaxtında çox dəyişdi. Camaat çoxlu mal-dövlətə, bəzəkli əşyalara, cins atlara və bahalı paltarlara sahib olmuşdu. Bunu sözlə ifadə etməyə dilin qüdrəti çatmaz. Gözümlə şəhər bazarlarının birində kişilərin bir tərəfdə, qadınların başqa bir tərəfdə olduqlarını gördüm. Bu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, at və hər növ ərzaq məmulatlarının satıldığının şahidi oldum. Bazarı satıcıların və alıcıların səs-küyü bürümüşdü. Biri “aldım”, digəri isə “satdım”–deyə, bal arısı kimi bir-birlərinə dəymişdilər.”

    “Tarixi-İbn Bişr Nəcdi"

  8. "Tarixül-Məmləkətil-Ərəbiyyatis-Səudiyyə", c. 1, səh. 51

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]