Məhəmməd mirzə Qovanlı-Qacar

Bu məqalə İranın xarici işlər naziri haqqındadır. hərbçi üçün Məhəmməd Mirzə Qacar səhifəsinə baxın.

Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri.

Məhəmməd mirzə Qovanlı-Qacar
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi
Doğum yeri Türbəti-Heydəriyyə, Lahican, Gilan, İran
Vəfat tarixi
Vəfat yeri Lahican, İran
Fəaliyyəti diplomat, siyasətçi

Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı.

Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.

Məhəmməd mirzə Hindistandan çay kоlları gətirib, Gilandakı mülkündə əkdirmişdi.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.