Məhəmmədqasım xan Dostəli xan oğlu Vali (1800-1872)—Qacarlar dövlətinin hərbi və mülki xadimi.
Məhəmmədqasım xan Vali | |
---|---|
Məhəmmədqasım xan Dostəli xan oğlu Vali | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Şiraz, İran |
Atası | Dostəli xan Müəyyirəlməmalik |
Fəaliyyəti | qubernator, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədqasım xan Dostəli xan oğlu 1800-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətində xidmət etmişdi. 1838-1840-cı illərdə Yəzdin valisi olan böyük qardaşı Hüseynəli xan Müəyyirilməmalikin yanında nəvvab olmuşdu. Ordan saraya pişxidmət vəzifəsinə dəyişildi. 1851-ci ildə Əhməd xan Əminülmülkün əvəzinə Tiflis baş konsulu təyin edildi. 1854-cü ildə Rusiya səfirliyinə baş müşavir təyin edildi. 1855-ci ildə çar II Aleksandrın tacgüzarlığında iştirak etdi. 1855-1860-cı illərdə Tehranda yaşadı.1860-cı ildə İranın Rusiyada səlahiyyətli səfiri vəzifəsinə təyin edildi. Təyinat yerinə yola düşərkən Avropa gəzintisinə çıxdı. Oğlu Əli xan ilə Berlinə, Brüsselə, Parisə və Londona baş çəkdi. Marseldən, hər ikisi İstanbula getdi və qısa müddətdən sonra onlar Trabzondan və Ərzurumdan Qara dənizi keçdilər. 1861-1862-ci ildə yenidən Yəzd valisinin müavini oldu. 1862-1868-ci illərdə Gilan əyalətinə vali təyin edildi. 1871-ci ildə Nasirəddin şahla Zilli Sultan Məsud mirzənin arasında qovğa başlandı. Asəfəddövlə Hacı Məhəmmədqulu xan Dəvəli-Qacar Şirazın idarəsini əlinə keçirdi. Məsud mirzəni qovub Məhəmmədqasım xanı da yanına çağırıb şahın adından vali təyin etdi.
Farsın qubernatoru Məhəmmədqasım xan Vali 21 mart 1872-də Şirazda qarın yatalağından öldü və İranın məşhur şairi Hafizin məqbərəsində dəfn edildi.
Məhəmmədqasım xanın Əli xan adlı oğlu vardı.