Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa – 17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məhərrəm Əlizadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İndyuk, Tuapse rayonu, Krasnodar diyarı, RSFSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Təhsili | Şuşa pedaqoji məktəbi, Azərbaycan Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1934–1941 |
Əsərlərinin dili | azərbaycanca |
İlk əsəri | Dostlar (1934) |
Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur.[1] O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[1]
Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır.[1] O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir.[1]
Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür.[1]
"Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.[1]
Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxmış "Qonaq" kitabını görə bilmədi.[1]
Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan "Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir.
Məhərrəm Əlizadə 1942-ci Krasnodar diyarının İndyuk kəndində döyüş şəraitində həlak olmuşdur. Şuşada yaşadığı evə xatirə lövhəsi vurulmuşdur.[2]