Məhərrəm Allahqulu oğlu Cəfərli — azərbaycanlı folklorşünas alim, filologiya elmləri doktoru (2003).
Məhərrəm Cəfərli | |
---|---|
Məhərrəm Allahqulu oğlu Cəfərli | |
Doğum tarixi | |
Doğum yeri | Xok, Kəngərli rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | ədəbiyyat |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adları | alim, professor |
İş yerləri | AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu |
Təhsili |
Məhərrəm Cəfərli 1946-ci il yanvarın 5-də Naxçıvan MSSR-in Şərur rayonunun Xok kəndində anadan olub. 1964-1969-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1984-ci ildə "Osman Sarıvəlli və şifahi xalq ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2003-ci ildə filologiya elmləri doktoru dərəcəsi almaq üçün "Azərbaycan məhəbbət dastanlarının poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir. 40 ilə yaxındı Naxçıvan Dövlət Universitetində dərs deyir. 2004-ci ildən AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiridir. Naxçıvan MR, folklorşünaslıq tarixi və nəzəri tədqiqi və öyrənilməsi folklor toplamaqla məşğuldur.
Məhərrəm Cəfərli dərc olunmuş 150-dən çox elmi məqalənin, 25 kitabın müəllifidir. "Yazıçı və folklor" Azərbaycan folklorşünaslığının inkişafı problemlərinə, dastan poetikasına, aşıq sənətinə həsr edilmişdir. Məqalələri İran və Türkiyədə çap olunmudur. “Dastan və mif” kitabı isə Təbrizdə çap olunmuşdur (2003). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2004-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 2008-ci ildə alim beynəlxalq mükafat olan "Türk dünyasının mədəniyyəti və elmə xidmət" mükafatı ilə təltif olunub.