Məhdudiyyət yoxlaması

Məhdudiyyət yoxlaması (en. limit check) – proqramlaşdırmada: müəyyən informasiyanın məqbul məhdudiyyətlərə uyğunluğunu yoxlamaq üçün test. Məsələn, verilmiş massivin elementlərindən savayı bütün yaddaşı yeniləyən (yenidən yazan) proqram bu massivə daxil olmayan bütün verilənləri silir. Buna görə də məhdudiyyət yoxlaması proqramlarda tez-tez istifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.