Massiv – proqramlaşdırmada eynitipli verilənlərin siyahısı. Massivin hər hansı bir elementinə müraciət etmək üçün massivin adından və indeks ifadəsindən ibarət olan ifadədən istifadə etmək olar.[1] Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur.