Məhmur qaçqın düşərgəsi

Məhmur qaçqın düşərgəsi — 1998-ci ildə təsis edilmiş və İraqın Kürdüstan Regionunun (KRG) paytaxtı Ərbildən təxminən 60 km cənub-qərbdə,[1] Məhmur rayonunda yerləşən qaçqın düşərgəsi.[2] Bu qaçqın düşərgəsində 1990-cı illərdə kürdlərlə Türkiyə Quru Qoşunları arasında gedən münaqişədən qaçan 12 minə yaxın kürd qaçqın yaşayır.[3] Qaçqınlar və onların övladları Türkiyədə boşaldılmış kürd kəndlərindəndir.[4] Türkiyə hakimiyyəti iddia etmişdir ki, Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları kəndlərə sızdığı üçün kəndləri boşaltmalı olmuşdular.[4]

Məhmur qaçqın düşərgəsi
Ölkə
  1. Çerny, Hannes. Iraqi Kurdistan, the PKK and International Relations. Routledge. 2018. 260. ISBN 9781138676176.
  2. Küçükkeleş, Müjge. "Exception beyond the sovereign state: Makhmour refugee camp between statism and autonomy". Political Geography (ingilis). 95. 2022-05-01: 102572. doi:10.1016/j.polgeo.2021.102572. ISSN 0962-6298.
  3. Otten, Cathy. "'This is a betrayal': Kurdish villagers in Iraq say Turkey is 'no different from Isis'". The Independent (ingilis). 2015-08-02. 2019-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-11.
  4. 1 2 Cocks, Tim; Aqrawi, Shamal. "Kurdish rebel supporters seek a way back to Turkey". Reuters (ingilis). 2009-09-09. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.