Məjit Qafuri

Məcid Qafuri (başq. Мәжит Ғафури) — yazıçı, Başqırdıstanın Xalq şairi.

Məcid Qafuri
başq. Мәжит Ғафури
Məcid Qafuri
Məcid Qafuri
Doğum tarixi
Doğum yeri Yelem-Karan, Başqırdıstan
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri
Atası Nurqəni
Təhsili "Qaliyyə" mədrəsəsi
Fəaliyyəti şair, folklorşünas, dramaturq
Əsərlərinin dili Tatar dili
Janrlar şeir
İlk əsəri "İşanın şagirdlərinə"
Mükafatları Başqırdıstanın Xalq şairi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məcid Qafuri 1 avqust 1880-ci ildə Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailəsində doğulub. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir, ərəb dilini öyrənir. Həmçinin atasının sayəsində xalq yaradıcılığı ilə tanış olur. Sonra Məcid Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir.[1]

1898-ci ildə sənədlərini Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən və dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsinə verir.

1904-cü ildə Kazana gəlir, tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev və Abdulla Tukayla tanış olur. 1906-cı ildə Ufaya gedir. “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir.

1934-cü il oktyabrın 28-də Məcid Qafurinin ürəyi dayanır.

Məcid Qafurinin ev muzeyi

Ömrünün son illərini yaşadığı mənzili muzeyə çevrilir. Başqırdıstanda bir çox elm və mədəniyyət mərkəzinə, o cümlədən, Rusiya Elmlər Akademiyası Ufa filialının Dil, Ədəbiyyat və Tarix İnstitutuna, doğulub böyüdüyü rayona ədibin adı verilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk qələm təcrübəsi olan “İşanın şagirdlərinə” adlı şeirini 1902-ci ildə yazmışdır.

“Dilənçiliklə keçən ömür” adlı ilk hekayəsini yazır.

Ufada “Sibir dəmir yolu və ya millətin vəziyyəti”, “Dilənçiliklə keçən ömür” adlı kitablarını çap etdirir. Eyni zamanda didaktik şeirlər yazır. 1905-1907-ci illərdə Rusiyada yaranmış qarışıqlıqdan vəcdə gəlir. Hökumətin yeritdiyi siyasəti kəskin tənqid edir. Şair “Zamanı gəldi”, “İki quş”, “Müstəqilliyin əhəmiyyəti”, “Dəyişim”, “Qıtlıq ili və ya satılan qız” hekayəsində kəskin və üsyançı fikirlər irəli sürür.

1924-cü ildə tatarca nəşr olunan “Yeni kənd” qəzetində işə düzəlir. Böyük ruh yüksəkliyi ilə yazıb-yaradır. “Qızıl ulduz” dramını qələmə alır. “İşçi” poemasının əsasında tamaşa hazırlanır. Əsər Kazanda Tatar Akademik Teatrında uğurla səhnəyə qoyulur. Məcid Qafuri bir çox başqırd xalq qəhrəmanlıq dastanlarını, nağılları və digər folklor nümunələrini toplayır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Кильмухаметов Т. А. Гафури Мажит // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.
  • Кунафин Г. С. Творчество, прошедшее испытание временем (125 лет со дня рождения народного поэта Башкортостана Мажита Гафури) // Ватандаш. — 2005. — № 8. — С. 161—175. — ISSN 1683-3554.