Məkrli: 3-cü fəsil (ing. Insidious: Chapter 3) — rejissor Leiq Uannelin lentə aldığı 2015-ci il ABŞ istehsalı olan qorxu və triller filmidir.
Məkrli: 3-cü fəsil | |
---|---|
ing. Insidious: Chapter 3 | |
Janr | qorxu filmi[1][2][…], triller filmi |
Əsas mövzu | fövqəltəbiilik, Demonologiya, Ekzorsizm |
Prodüserlər | |
Baş rollarda | |
İstehsalçı | Blumhouse Productions[d] |
Distribütor | InterCom[d][6][7], Netflix |
İlk baxış tarixi | 2015, 2 iyul 2015[8], 18 iyun 2015[6][7] |
Müddət | 138 dəq. |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID3195644 |
12 sentyabr 2013-cü ildə verilən xəbərə görə Leiq Uannel filmə rejissorluq edəcək.[9] Əvvəlki seriyaların rejissoru olmuş Ceyms Vann eləcə də Ceyson Blum və Orel Peli bu dəfə produser kürsüsündə əyləşəcəklər. Əvvəlki seriyaların davamı olacaqmı sualına gəlincə rejissor Caş Lambertin (Patrik Vilson) eləcə də onun ailəsinin yeni filmdə olmayacağını açıqladı. Rejissorun sonuncu seria yaxşı olmalı sonluqla bitdi və onun davamını gətirməyə ehtiyac yoxdu.[10] 13 noyabr 2013-cü ildə Focus Features və Stage 6 Films filmin 29 may 2015-ci ildə nümayiş olunacağını bildirdilər.[11][11]
11 mart 2014-cü ildə Screen Rant üçüncü filmin Lambertin ailəsindən deyil, lakin başqa ailədən və yeni hekayədən bəhs olunacağı xəbərini verdi.[12][13] Yeni filmdə də Elisi və onun köməkçilərini görmək olacaq.[14][15]