Mələkbər xanım

Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların MisirSudan hakimi Səid Paşanın ikinci xanımı.

Mələkbər xanım
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti
Həyat yoldaşı Kavalalı Səid Paşa
Ailəsi Kavalalı ailəsi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı.

1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.

  • Mahmud bəy (ö. 1846)
  • Mehmed Tosun Paşa (d. 30 aprel 1853 — ö. 6 yanvar 1898)