Kavalalı Səid Paşa

Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların MisirSudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu.

Kavalalı Səid Paşa
ərəb. محمد سعيد باشا
21 iyul 1854 – 18 yanvar 1863
ƏvvəlkiI Abbas Hilmi Paşa
SonrakıKavalalı İsmayıl Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qahirə, Misir əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Fəaliyyəti siyasətçi
Atası Mehmed Əli Paşa
Anası Aynülhəyat xanım
Həyat yoldaşları İnci xanım
Mələkbər xanım
Uşaqları Mahmud bəy
Mehmed Tosun Paşa
Ailəsi Kavalalı ailəsi
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849). Yaşının az olmasına baxmayaraq Misir vergisi məsələsi üzrə müzakirələr aparmaq üçün atasının vəkili olaraq İstanbula getdi. Misir hakimiyyətinin Kavalalı ailəsinə verilməsinin ardından təşəkkür etmək niyyətiylə və 6 sentyabr 1842-ci ildə keçirilən və Sultan Əbdülməcidin də iştirak etdiyi hərbi parad münasibətilə bir neçə dəfə İstanbula göndərildi. Bu ziyarəti əsnasında ona dəniz işlərindəki bilgisi səbəbilə dəniz ferik (generalı) ünvanı verildi.

Misir hakimliyi

[redaktə | mənbəni redaktə et]

Misir hakimi olan qardaşı oğlu Abbas Hilmi Paşanın 13 iyul 1854-cü ildə öldürülməsinin ardından, yaş etibarilə ailədə ən böyük şəxs olaraq Misir hakimiyyətinə gətirilməli idi. Ancaq Abbas Hilmi Paşanın oğlu, eyni zamanda Sultan Əbdülməcidin kürəkəni olan İbrahim Hilmi Paşanın tərəfdarlarının müqaviməti ilə qarşılaşdı və 8 gün davam edən mübarizənin ardından hakimiyyəti ələ aldı. 11 sentyabr 1854-cü ildə rəsmi təyinatla vəzifəyə başladı. Ənənəyə sadiq qalaraq 1854-cü ilin noyabrında İstanbula gedərək bağlılığını bildirdi. O əsnada Krımda davam edən Osmanlı-Rusiya müharibəsinə sələfi kimi o da, Misirdən hərbi dəstək yolladı. Onun yolladığı Misirli əsgərlər xüsusilə Silistrə döyüşündə mühüm rol oynadılar. Bu səbəblə, Sultan Əbdülməcid Misir hakimiyyətinin saxlaya biləcəyi əsgər sayını 18 mindən 30 minə yüksəltdi.

Süveyş kanalı məsələsi

[redaktə | mənbəni redaktə et]

Avropasayağı həyat tərzinə və dünya görüşünə sahib olan Səid Paşa həm Sultan Əbdülməciddən aldığı təlimatlara, həm də vaxtilə atası tərəfindən başladılan reformasiyalara sadiq qalaraq bir sıra islahatlara imza atdı. Qərb dünyasındakı bankirləri və varlı tacirləri Misirə gətirmək üçün 1854-cü ildə Misir Milli Bankı yaradıldı. Əlavə olaraq yaxın dostu Ferdinand de Lessepsə Qırmızı dənizAralıq dənizi arasında Süveyş kanalının açılması imtiyazını verdi. Gördüyü bu işlərlə bir yandan Misiri inkişaf etdirən Səid Paşa, bir yandan da ölkəni Avropadan gələ biləcək siyasi təhlükələrə açıq hala gətirirdi. Abbas Hilmi Paşa səltənətində başlayan Qahirə-İsgəndəriyyə dəmiryolu xəttinin inşası tamamlandı və fəaliyyətə başladı. Əlavə olaraq əcnəbi bir şirkətə imtiyaz verərək Qahirə, İsgəndəriyyəSüveyş arasında teleqraf xətti çəkərək, dəmir yolunu Süveyş istiqamətində genişləndirdi.

1854-cü ildə Süveyş kanalı ilə bağlı verdiyi imtiyaz qərarına Fransa, İngiltərəOsmanlı hökumətlərindən gələn etiralar səbəbilə, kanalın inşası başlaya bilmədi. Bu səbəblə 1856-cı ildə bu imtiyaz yeniləndi və Süveyş kanalı şirkəti yaradıldı. İmtiyazın ilk sahibi olan Ferdinand de Lesseps isə bu qərarı təsdiqlətmək üçün bir neçə İstanbula getsə də, istədiyini ala bilmədi. Paris sülhünün ardından yaranan siyasi sabitliklə Osmanlıİngiltərə hökumətlərinin etirazlarına baxmayaraq 1858-ci ildə şirkətə investisiya toplanmağa və 1859-cu ilin aprelində ilk qazıntı işlərinə başlanıldı. 1854-cü ildə Nil Çay Transport şirkətinin imtiyazları da Avropalılar verildi və 1857-ci ildə Maliyyə naziri olan qardaşı oğlu Mustafa Fazil Paşanın rəhbərliyi ilə Misirin ikinci çay nəqliyyat şirkəti olan Məcidiyyə şirkəti quruldu. Xüsusilə dəmiryolu xəttinin Süveyşə qədər uzadılmasından sonra liman daha böyük gəmilərin gəlib-gedə biləcəyi bir limana çevrildi. Bu münasibətlə Aralıq dənizindəki bir Misir limanına məhz onun adı verildi (Port Səid).

Apardığı islahatlar

[redaktə | mənbəni redaktə et]

Digər yandan Səid Paşa 1858-ci ildə Osmanlı hökumətinin dərc etdiyi ərazi qanunnaməsinə paralel olaraq Səidiyyə layihəsi adlı bir qanun qəbul etdi və beləcə, Misir kəndlilərinə torpaq sahibi olma hüququ verildi. Kəndlilərin istehsal etdiyi məhsul miqdarı üzərinə düşən vergini ləğv edərək istehsalın artırılmasına təkan verdi. Bəzi vergi və rüsumlrı ləğv edərək daha öncələr açılan, yalnız zamanla istifadəyə yararsız hala çevrilən suvarma kanallarını bərpa etdirdi. Ordunu nizama salaraq hərbi rütbələrin və maaşların verilməsini sistemləşdirdi. Hərbi mükəlləfiyyət müddətini azaldaraq məcburi hala saldı.

Birbaşa Misir hökuməti tərəfindən idarə edilən Sudanda da bir çox islahatlar aparan Səid Paşa qardaşı Əbdülhəlim Paşanı bölgəyə müfəttiş təyin etdi. 1857-ci ildə böyük bir heyətlə bölgəni ziyarət etdi və bu ziyarət əsnasında bir çox yerdə yeni məktəblərin açılışında iştirak etdi. Əhalidən gələn şikayət və istəklər üzərinə bəzi vergiləri ləğv etdi. Bundan başqa səhra bölgəsində məntəqələr yaradaraq poçt xidmətini sürətləndirdi. Kölə ticarətini qadağan edərək nəzarəti artırmaq məqsədilə Sobat çayı üzərində hərbi məntəqə təsis etdi.

MisirSudanda apardığı təşkilati və hərbi islahatlara baxmayaraq Mehmed Səid Paşa eyni diqqəti təhsil sahəsinə göstərə bilmədi. Atasının səltənətində açılan bir çox məktəblər bağlandı. Tibb məktəbləri kimi bəzi məktəblər yenidən açılsa da, əvvəlki səviyyədə fəaliyyət göstərə bilmədi. Tənqid edildiyi bir digər məsələ isə Bab-ı Əlinin etirazlarına baxmayaraq 1862-ci ildə Avropadan 7%-lə aldığı 3 milyon sterlinq borc oldu. Bu borclanma Misir iqtisadiyyatının xarici ölkələrdən asılılığına yol açdı.

Mehmed Səid Paşa 18 yanvar 1863-cü ildə İsgəndəriyyədə vəfat etdi. Əhalinin xeyrinə qəbul etdiyi bir çox qərara və xalq tərəfindən sevilməsinə baxmayaraq Misirdəki səltənəti mütləq monarxiya olaraq dəyərləndirilir. Bununla yanaşı olduqca zəif və mülayim xasiyyəti, eləcə də ətrafına topladığı əcnəbi dostları və məsləhətçiləri onun dövlət idarəçiliyinə böyük miqyasda təsir göstərirdi.

Oğul övladları

[redaktə | mənbəni redaktə et]
  • C. Zeydân, Meşâhîrü’ş-şarḳ, Kahire 1902, I, 32;
  • Mısır Meselesi (nşr. Bâbıâli Hariciye Nezâreti), İstanbul 1334, s. 32-33;
  • Abdurrahman er-Râfiî, ʿAṣru İsmâʿîl, Kahire 1368/1948, s. 22-65;
  • J. Marlowe, A History of Modern Egypt and Anglo-Egyptian Relations: 1800-1953, New York 1954, s. 62, 66-68, 72, 76, 90, 139;
  • C. R. L. Beatty, De Lesseps of Suez: The Man and His Times, New York 1956, tür.yer.;
  • Political and Social Change in Modern Egypt (ed. P. M. Holt), London 1968, s. 148-151, 173-174, 304-307, ayrıca bk. İndeks;
  • P. J. Vatikiotis, The History of Egypt, London 1969, s. 56, 62, 71-73, 81, 83, 84, 87, 101-102, 120, 181;
  • P. M. Holt, Egypt and the Fertile Crescent, London 1980, s. 193-196, 198-203, 205-206, 208;
  • The Cambridge History of Egypt (ed. M. W. Daly), Cambridge 1998, II, 180-181, 186-189, ayrıca bk. İndeks;
  • Takvîm-i Vekāyi‘, sy. 229, İstanbul 15 Cemâziyelevvel 1257; sy. 231, 30 Receb 1258; sy. 510, 18 Zilhicce 1270; sy. 511, 6 Muharrem 1271; sy. 680, 5 Şâban 1279; sy. 681, 12 Şâban 1279;
  • Rûznâme-i Cerîde-i Havâdis, sy. 244, İstanbul 16 Rebîülâhir 1278;
  • Şinasi Altundağ, “Sa’îd Paşa”, İA, X, 86-89;
  • C. E. Bosworth, “Saʿīd Pasha”, EI2 (İng.), VIII, 859-860.