Məleykə Ağazadə

Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı24 aprel 2019) — Azərbaycan aktrisası.

Məleykə Ağazadə
Digər adı Məleykə Şahmərdanova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (89 yaşında)
Vəfat səbəbi şəkərli diabet
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 1959

Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir.[1][2] Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir.

M. Ağazadə 24 aprel 2019-cu ildə şəkər xəstəliyindən vəfat edib.[3]

  1. ""Ulduz"un əvəzolunmaz "Nazik"inin müsahibəsi". 2014-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  2. ""Ulduz"un "Nazik"i Məleykə Ağazadə: "Həyat yoldaşımı çox sevmişəm" — Fotosessiya". 2016-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-25.
  3. "Azərbaycan kinosunun əvəzolunmaz Naziki vəfat edib". 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.