Var olun, qızlar... (film, 1972)

Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır.

Var olun, qızlar...
Janr dram
məhəbbət
Rejissor Eldar Quliyev
Ssenari müəllifləri Alla Axundova, Hüseyn Seyidzadə
Baş rollarda Rafael Dadaşov-İsa
Valentina Aslanova-Solmaz
G. Salmanlı-Solmaz (uşaq)
Yelena Çuxray-Sona
A. Orucova-Sona (uşaq)
Nurəngiz Gün-Zeynəb
A. Zeynalova-Zeynəb (uşaq)
Həsənağa Turabov-Şəmsi
Operator Arif Nərimanbəyov
Bəstəkar Polad Bülbüloğlu
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 13 mart 1973
Filmin digər adları Yaşayın, qızlar
Müddət 86,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSRSSRİ SSRİ
Dil Azərbaycan dili
Texniki məlumatlar 9 hissə
2471 metr
genişekranlı
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
Bakı, Xəzər sahili
IMDb ID6456374
  • Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir.
  • Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir.
  • Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə
Quruluşçu rejissor: Eldar Quliyev
Quruluşçu operator: Arif Nərimanbəyov
Quruluşçu rəssam: Kamil Nəcəfzadə
Geyim üzrə rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Polad Bülbüloğlu
Səs operatoru: Ələkbər Həsənzadə
Rejissor: Əşrəf Mamayev
Qrim üzrə rəssam: S. Pozdeyeva
Montaj edən: Tahirə Babayeva
Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə
Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov
Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov
Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı
Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov
Geyim üzrə assistent: A. Stepanova
Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer
Filmin direktoru: Yusif Yusifzadə
Rafael Dadaşov — İsa
Valentina Aslanova — Solmaz
G. Salmanlı — Solmaz (uşaq)
Yelena Çuxray — Sona
A. Orucova — Sona (uşaq)
Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb
A. Zeynalova — Zeynəb (uşaq)
Həsənağa Turabov — Şəmsi
Anar — Murad
Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım
Sofa Bəsirzadə — Səkinə xanım
Ömür Nağıyev — Rüstəm
Sadıq Həsənzadə — Rüstəmin atası
Sədayə Mustafayeva — Rüstəmin anası
Arzu Səfərova — Nigar
A. Nağıyeva — şlyapalı qız
K. Məlikova
A. Nəcəfzadə
L. Sarabskaya
Tatyana Xaritonova
Muxtar Maniyev — kino işçisi
Hüseynağa Sadıqov — Qəmbər
Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur)
Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur)
Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur)
Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur)
Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur)
Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur)
Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur)
Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
  • “Yaşayın, qızlar”. [Ssenarisi Alla Axundova və rejissor Hüseyn Seyidzadənin iştirakı ilə yazılan "Azərbaycanfilm" kinostudiyasında çəkilməsinə hazırlıq görülən Tofiq Hüseynova həsr olunmuş eyniadlı film haqqında] //Ədəbiyyat və incəsənət.- 1972.- 19 fevral.- səh. 15.
  • Газ. "Молодежь Азербайджана", 30 января 1973 г.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 183-185.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]