Məlik-Baxış Babayev (3 yanvar 1936, Bakı – 11 fevral 2013, Bakı) — Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, əməkdar elm xadimi, fizika — riyaziyyat elmləri doktoru, professor.
Məlik-Baxış Babayev | |
---|---|
Məlik-Baxış Əli İkram oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Validə Babayeva |
Uşaqları | Arzu Babayev, Azad Babayev |
Atası | Əli İkram Babayev |
Anası | Ruqiyyə Babayeva |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu Funksiyalar nəzəriyyəsi şöbəsi |
Alma-mater | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi rəhbəri | Akademik İbrahim İbrahimov |
Tanınmış yetirmələri | r.e.d. Vüqar İsmayılov, f-r.e.n. Fəridə Sadıqova |
Tanınır | "Бабаевские множества", "Dəqiq anulyator" (riyazi termini), "Maraq və Məntiq" tele-jurnalı |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlik-Baxış Əli İkram oğlu Babayev 3 yanvar 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məlik-Baxış Əli İkram oğlu Babayev 1954–1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960–1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir. Məlik-Baxış müəllim 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir. Professor Məlik-Baxış Babayev adına riyazi termin olan ilk azərbaycanlı riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq etdiyi çoxluqlar "Бабаевские множества" adı ilə riyazi termin kimi qəbul edilmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr üçün oxuduğu "Yaxınlaşma nəzəriyyəsi" kursunun bir fəsli "Бабаевские множества, их свойства и применение" adlanır. Azərbaycanda təhsilin inkişafında, onun dünya təhsilinə inteqrasiya olunmasında Məlik-Baxış müəllimin müstəsna xidmətləri olmuşdur. 1997-ci ildə Məlik-Baxış müəllim dünyada ilk dəfə olaraq yeni bir təlimin – "Maraq və Məntiq" təliminin əsasını qoydu. Bu təlim elm, texnika və həyat haqqında maraqlı, düşündürücü suallar, məsələlər, hadisələrlə zəngin olmaqla insanı düşünməyə dəvət edir, onun məntiqi düşünmə qabiliyyətinin inkişafına, intellektinin yüksəlməsinə, həyata marağının artmasına xidmət edir. Məlik-Baxış müəllim 10 ildən artıq müddətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İdarəçilikdə riyaziyyat" fənnindən mühazirə oxumuş və bu mühazirələrin nəticəsi kimi 2002-ci ildə "Математика в управлении", 2003-cü ildə isə "İdarəçilikdə riyaziyyat" dərsliklərini yazmışdır. 2005-ci ildə Məlik-Baxış müəllim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" adı ilə təltif edilmişdir. 1 fevral 2013-cü ildə görkəmli alim Məlik-Baxış Əli İkram oğlu Babayev Bakı şəhərində vəfat etmişdir.
1957 — Tələbələrin elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş Azərbaycan Pedaqoji İnstitutunun XIII ümuminstitut elmi konfransında məruzə ilə çıxış etmişdir.
1957 — Bakı şəhəri ali məktəb tələbələrinin elmi konfransında məruzə ilə çıxış etmişdir.
1958 — Zaqafqaziya tələbə elmi konfransında (Tbilisi) məruzə ilə çıxış etmişdir.
1959 — Azərbaycan Dövlət Pedaqoji institutunun tələbə-elmi cəmiyyətinin XV elmi konfransında məruzə ilə çıxış etmişdir.
1962 — Azərbaycan Elmlər Akademiyasının aspirantlarının IX elmi konfransında məruzə ilə çıxış etmişdir.
1962 — Funksiyaların Konstruktiv nəzəriyyəsi İkinci Ümumittifaq (Bakı) konfransında məruzə ilə çıxış etmişdir.
1963 — Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi Yeddinci Ümumittifaq konfransında (Rostov-Don) məruzə ilə çıxış etmişdir.
1963 — Azərbaycan Elmlər Akademiyasının aspirantları və tədqiqatçılarının X elmi konfransında məruzə ilə çıxış etmişdir.
1963 — Azərbaycan Dövlət Universitetinin 1963-cü il elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş professor-müəllim heyətinin elmi sessiyasında məruzə ilə çıxış etmişdir.
1969 — Funksiyalar nəzəriyyəsinə həsr edilmiş Ümumittifaq Konfransında məruzə ilə çıxış etmişdir.
1969 — Respublikanın 1969-cu ildə təbiət və ictimai elmlər üzrə elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş 7-ci sessiyasında məruzə ilə çıxış etmişdir.
1970 — Sovet hökumətinin 50 illiyinə həsr edilmiş həsr edilmiş elmi konfransda (Bakı) məruzə ilə çıxış etmişdir.
1971 — Kompleks dəyişənli funksiyalar üzrə ümumittifaq (Xarkov) konfransında məruzə ilə çıxış etmişdir.
1971 — Sov. İKP-nin XXIY qurultayına həsr edilmiş elmi konfransda (Bakı) məruzə ilə çıxış etmişdir.
1971 — SSRİ EA-nın Steklov adına Riyaziyyat İnstitutunda akademik S.M.Nikolskinin seminarında məruzə ilə çıxış etmişdir.(Moskva)
1972 — Approksimasiyaya həsr edilmiş beynəlxalq konfransda (Polşa, Poznan) məruzə ilə çıxış etmişdir.
1972 — Azərbaycan EA tərəfindən əlaqələndirilən təbiət elmləri və ictimai elmlər problemləri üzrə ən mühüm elmi — tədqiqat işlərinin yekunlarına (1971-ci il üçün) həsr olunmuş X elmi sessiyada məruzə ilə çıxış etmişdir.
1973 — Azərbaycan EA tərəfindən əlaqələndirilən təbiət elmləri və ictimai elmlər problemləri üzrə ən mühüm elmi — tədqiqat işlərinin yekunlarına (1972-ci il üçün) həsr olunmuş X elmi sessiyada məruzə ilə çıxış etmişdir.
1975 — Funksiyaların yaxınlaşması nəzəriyyəsi Beynəlxalq Konfransında (Kaluqa) məruzə ilə çıxış etmişdir.
1975 — Sovet xalqının Böyük Vətən Müharibəsinə qalib gəlməsinin 30 illiyinə həsr edilmiş riyaziyyat və mexanika üzrə gənc alimlərin elmi konfransında məruzə ilə çıxış etmişdir.
1976 — Kompleks oblastda funksiyalarin approksimasiya nəzəriyyəsi ümumittifaq simpoziumunda (Ufa) məruzə ilə çıxış etmişdir.
1977 — Konstruktiv Funksiyalar Nəzəriyyəsi Beynəlxalq Konfransında (Bolqarıstan, Blaqoevqrad) məruzə ilə çıxış etmişdir.
1977 — Funksiyalar nəzəriyyəsinin müasir problemləri Ümumittifaq Konfransında (Bakı, Zuğulba) iki məruzə ilə çıxış etmişdir.
1978 — SSRİ EA Ural şöbəsinin Riyaziyyat institutunda prof.Y.A.Subbotin və prof.N.İ.Çernıxın seminarında (Sverdlovsk) məruzə ilə çıxış etmişdir.
1980 — Kompleks oblastda funksiyaların approksimasiya nəzəriyyəsi Ümumittifaq Simpoziumunda (Ufa) məruzə ilə çıxış etmişdir.
1980 — "Funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar" Ümumittifaq S.B.Steçkin məktəbində (İlmen) məruzə ilə çıxış etmişdir.
1981 — Konstruktiv Funksiyalar Nəzəriyyəsi Beynəlxalq Konfransında (Bolqarıstan, Varna) məruzə ilə çıxış etmişdir.
1982 — İnkaslar nəzəriyyəsi, onun ümumiləşmələri və tətbiqləri VII Donetsk simpoziumunda məruzə ilə çıxış etmişdir.(Donetsk, Qırmızı Liman)
1982 — Funksiyalar nəzəriyyəsi və tətbiqləri Saratov qış məktəbində məruzə ilə çıxış etmişdir.
1982 — Lomonosov adına Moskva Dövlət Universitetində prof.V.M.Tixomirovun seminarında məruzə ilə çıxış etmişdir.
1983 — Akademik N.N.Luzinin anadan olmasının 100 illiyinə həsr olunmuş Funksiyalar nəzəriyyəsi Ümumittifaq Məktəbində (Kemerevo) məruzə ilə çıxış etmişdir.
1983 — Funksiyaların approksimasiya nəzəriyyəsi Beynəlxalq konfransında (Kiyev) məruzə ilə çıxış etmişdir.
1984 — SSRİ EA-nın Steklov adına Riyaziyyat İnstitutunda akademik S.M.Nikolski, akad. C.L.Sobolev, müxbir üzv L.D.Küdryavtsevin seminarında məruzə etmişdir.(Moskva)
1984 — Funksiyaların Konstruktiv nəzəriyyəsi beynəlxalq Konfransında (Bolqarıstan, Varna) məruzə ilə çıxış etmişdir.
1984 — Funksiyalar nəzəriyyəsi və tətbiqləri II Saratov qış məktəbində məruzə ilə çıxış etmişdir.
1984 — İ.N.Vekua adına tətbiqi riyaziyyat institutunun genişlənmiş seminar iclaslarında (Tbilisi) məruzə ilə çıxış etmişdir.
1985 — Lomonosov adına Moskva Dövlət Universitetində prof.V.M.Tixomirovun seminarında (Moskva) məruzə ilə çıxış etmişdir.
1985 — Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ EA-nın müxbir üzvü N.S.Baxvalovun seminarında (Moskva) məruzə ilə çıxış etmişdir.
1986 — Funksiyalar və yaxınlaşmalar nəzəriyyəsi 3-cü Saratov qış məktəbində məruzə ilə çıxış etmişdir.
1986 — Ümumittifaq S.B.Steçkin məktəbində (Düşənbə) məruzə ilə çıxış etmişdir.
1986 — Lomonosov adına Moskva Dövlət Universitetində "Yaxınlaşma nəzəriyyəsi və hesablama riyaziyyatının məsələləri I ali məktəblər arası məktəb-seminarında məruzə ilə çıxış etmişdir.(Moskva)
1986 — Yaroslavl Dövlət Universitetində prof.Y.A.Brudnunun seminarında məruzə ilə çıxış etmişdir.
1987 — Kompleks oblastda funksiyaların nəzəriyyəsi Ümumittifaq Simpoziumunda (Ufa) məruzə ilə çıxış etmişdir.
1987 — "Funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar" Ümumittifaq S.B.Steçkin məktəbində (İlmen) məruzə ilə çıxış etmişdir.
1987 — Funksiyalar nəzəriyyəsi Ümumittifaq məktəbində (İrəvan) məruzə ilə çıxış etmişdir.
1987 — Funksiyaların Konstruktiv nəzəriyyəsi Beynəlxalq Konfransında (Bolqarıstan, Varna) məruzə ilə çıxış etmişdir.
1988 — SSRİ EA-nın Steklov adına Riyaziyyat İnstitutunda prof. S.A.Telyakovskinin və K.İ.Oskolkovun seminarında məruzə ilə çıxış etmişdir.(Moskva)
1988 — Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ EA-nın müxbir üzvü P.L.Ulyanovun seminarında (Moskva) məruzə ilə çıxış etmişdir.
1988 — Funksiyalar və yaxınlaşmalar nəzəriyyəsi IV Saratov qış məktəbində (Saratov) məruzə ilə çıxış etmişdir.
1988 — Lomonosov adına Moskva Dövlət Universitetində prof. V.M.Tixomirovun seminarında məruzə ilə çıxış etmişdir.
1988 — "Funksiyalar nəzəriyyəsinin müasir problemləri" ümumittifaq konfrans — məktəbdə (Bakı) məruzə ilə çıxış etmişdir.
1988 — SSRİ EA-nın Steklov adına Riyaziyyat İnstitutunda prof. S.A.Temlyakovun seminarında məruzə ilə çıxış etmişdir.(Moskva)
1988 — Lomonosov adına Moskva Dövlət Universitetində prof. B.S.Kaşinin və prof. K.İ.Oskolkovun seminarında məruzə ilə çıxış etmişdir.
1989 — İ.N.Vekua adına tətbiqi riyaziyyat institutunun genişlənmiş seminar iclaslarında (Tbilisi) məruzə ilə çıxış etmişdir.
1989 — "Funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar" Ümumittifaq S.B.Steçkinin məktəbində (İlmen) məruzə ilə çıxış etmişdir.
1989 — Prof. V.K.Dzyadıkın ?0 illiyinə həsr olunmuş Ümumittifaq yaxınlaşmalar nəzəriyyəsi konfransında (Lvov — Şatsk)
1990 — "Funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar" Ümumittifaq S.B.Steçkinin məktəbində (Sverdlovsk) məruzə ilə çıxış etmişdir.
1990 — Tbilisi Dövlət Universitetində Gürcüstan EA müxbir üzvü L.V.Jijilaşvilinin seminarında məruzə ilə çıxış etmişdir.
1991 — Prof. V.M.Tixomirovun rehberliyi ilə funksiyalar nəzəriyyəsi və approksimasiyalar ali məktəblər arası Aluşta məktəb seminarında məruzə ilə çıxış etmişdir (Aluşta).
1991 — Daşkənd Dövlət Universitetinin riyaziyyat kafedralarının birləşmiş seminarında doktorluq dissertasiyasının müzakirəsində məruzə ilə çıxış etmişdir(Daşkənd).
1992 — İ.N.Vekua adına tətbiqi riyaziyyat institutunun genişlənmiş seminar-iclaslarında (Tbilisi) məruzə ilə çıxış etmişdir.
1992 — İkinci Türkiyə-Azərbaycan riyaziyyat simpoziumunda məruzə ilə çıxış etmişdir.
1995 — Akademik C.N.Nikolskinin 90 illiyinə həsr edilmiş "Funksional analiz. Yaxınlaşma nəzəriyyəsi. Qeyri-xətti analiz" Beynəlxalq konfransında məruzə ilə çıxış etmişdir.
1995 — Ümumittifaq S.B.Steçkinin məktəbində (Moskva,MDU) məruzə ilə çıxış etmişdir.
1999 — ABŞ,Denver Universitetində məruzə ilə çıxış etmişdir(Denver).
1999 — İsrail Texnium elm mərkəzində məruzə ilə çıxış etmişdir (İsrail,Xayfa).
2000 — Sergey Borisoviç Steçkinin 80 illiyinə həsr edilmiş Funksiyalar və Operatorların yaxınlaşması nəzəriyyəsi Beynəlxalq Konfransında (Yekaterinburq) məruzə ilə çıxış etmişdir.
2001 — Akademik Z.İ.Xəlilovun 90 illiyinə həsr edilmiş "Riyaziyyat və mexanikanın tətbiqləri məsələləri" V Respublika konfransında məruzə ilə çıxış etmişdir.
2001 — Ə.Ə.Novruzovun xatirəsinə həsr olunmuş "Riyaziyyatın müasir problemləri" elmi konfransinda məruzə ilə çıxış etmişdir.
2002 — Akademik İ.İ.İbrahimovun 90 illiyinə həsr olunmuş riyaziyyat və mexanikanın tətbiqi məsələləri üzrə VI Respublika konfransında məruzə ilə çıxış etmişdir.
2003 — Akademik F.M.Maksudovun xatirəsinə həsr olunmuş riyaziyyat və mexanika üzrə VII Respublika konfransında məruzə ilə çıxış etmişdir.
2004 — AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Arif Əli-heydər oğlu Babayevin 70 illiyinə həsr olunmuş elmi konfransda məruzə ilə çıxış etmişdir.
2004 — Riyaziyyat və Mexanika İnstitutunun 45 illiyinə həsr olunmuş riyaziyyat və mexanika üzrə X Beynəlxalq konfransında məruzə ilə çıxış etmişdir.
2005 — Akademik C.M.Nikolskinin 100 illiyinə həsr edilmiş "Funksiyalar fəzalar. Yaxınlaşma nəzəriyyəsi. Qeyri-xətti analiz" Beynəlxalq Konfransında (Moskva) məruzə ilə çıxış etmişdir.
2005 — AMEA-nın müxbir üzvü İlham Tofiq oğlu Məmmədovun 50 illiyinə həsr olunmuş XI Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
2006 — AMEA-nın müxbir üzvü Bala Ağahüseyn oğlu İsgəndərovun 70 illiyinə həsr olunmuş XII Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
2007 — Riyaziyyat və Mexanika üzrə XIII Beynəlxalq Konfransda (Bakı) məruzə ilə çıxış etmişdir.
2008 — Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr olunmuş konfransda (Gəncə) iki (plenar və bölmə iclasında) məruzə ilə çıxış etmişdir.
Məlik-Baxış Əli- İkram oğlu Babayev tərəfindən çoxdəyişənli funksiyanın dəyişənlərinin sayı az olan funksiyaların müxtəlif superpozosiyaları ilə (cəmlərlə, hasillərin cəmi ilə və s.) approksimasiyası tədqiq olunmuşdur. Məlik-Baxış Babayev ilk azərbaycanlı riyaziyyatçıdır ki, adı ilə bağlı riyazi termin verilmişdir ("Бабаевские множества"). Bundan əlavə Məlik-Baxış Əli- İkram oğlu Babayev tərəfindən dəqiq anulyator anlayışı verilmişdir ki, onun köməyi ilə bir sıra çoxdəyişənli funksiyaların ən yaxşı yaxınlaşmasınının qiymətini dəyişənlərinin sayı az olan funksiyaların cəmləri ilə, ekstremal funksiyanın göstərilişini vermək və yaxınlaşma sinfinin funksiyalarının ən yaxşı yaxınlaşmanın hesablanma formulları dilində xarakterize etmək mümkün olmuşdur.