Məlik Namazəli bəy Pirəhmədli-Dizaği

Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik.

Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli
Doğum tarixi
Doğum yeri Pirəhmədli, Dizaq nahiyəsi, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Uşağı Rəhim bəy Pirəhmədli
Atası Şəmil bəy Pirəhmədli

Həyatı[redaktə | mənbəni redaktə et]

Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar.

Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]