Məlikballı Qurban

Məlikballı Qurban (1790, Məlikballı1865) — XIX əsr Azərbaycan şairi və aşığı.[1][2]

Məlikballı Qurban
Doğum tarixi 1790
Doğum yeri
Vəfat tarixi 1865
Fəaliyyəti şair, aşıq
Vikimənbənin loqosu Məlikballı Qurban Vikimənbədə

Məlikballı Qurban XIX əsrdə indiki Ucar rayonunun Məlikballı kəndində yaşamışdır. Mədrəsə təhsili almışdır. Aşıq şeiri üslubunda şeirlər yazmışdır. S. Mümtaz "El şairləri" kitabında Məlikballı Qurbanın qoşma, müxəmməs, təcnis və s. formalı şeirlərini vermişdir. F. Qasımzadə onu həm xalq şeiri, həm də klassik üslubda yazan sənətkar kimi təhlil etmişdir. XIX əsrdə xalq şeiri üslubunda yazıb-yaradan şairlər sırasında daha çox təhlil olunur. Şeirləri "Azərbaycan aşıqları və el şairləri" kitabında və digər toplularda verilmişdir. Onun məşhur "Vücudnamə"si aşıqlar arasında geniş yayılmışdır.[3]

Əsasən aşıq poeziyası səpgisində şerlər qoşmuşdur. Klassik üslubda müxəmməs, qəzəl, müstəzadları da var, şeirlərində məhəbbət və gözəlliyin tərənnümu ilə yanaşı dövrandan şikayət motivləri də mühüm yer tutur.[4]

  1. "Qurban Məlikballı". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  3. "Ozan-aşıq ensiklopediyası". 2 cilddə, Aşıqlar Birliyi, "Gənclik" nəşriyyatı, II cild, Bakı, 2020, s. 69.
  4. "El şairləri" kitabında (toplayanı S. Mümtaz) h-1–2, B. 1935