Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Nazirlər Sovetinin 07.12.1973-cü il 401 (b.6) saylı qərarı və Rabitə Nazirliyinin 05.07.1974-cü il tarixli 140 saylı əmrinə əsasən təsis edilib. 19.04.1999-cu ilə kimi "Respublika İnformasiya Hesablama Mərkəzi" adı altında fəaliyyət göstərib. 20.04.1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində "Məlumat Hesablama Mərkəzi" adı ilə qeydiyyatdan keçib.
Məlumat Hesablama Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 5 İyul 1974 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
rabita.az |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda komputer texnologiyası ilə hesablamalar və analizlər aparan ilk qurum olub.
45 ildən çoxdur ki, fəaliyyət göstərən müəssisənin xidmətlərinə "özəl şəbəkələrin qurulması", "proqram təminatı", "məlumatın saxlanma və emalı sistemi", "sistem inteqrasiya həlləri", "veb saytların yaradılması" və s. kimi mühüm xidmətlər daxildir. MHM ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin (kök mərkəzi) fəaliyyətini qanunverciliyə əsasən təmin edən müəsissədir. Hazırda Mərkəzin fəaliyyət sahəsi genişlənərək informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir. "Microsoft" şirkətinin Gümüş tərəfdaşı olan Məlumat Hesablama Mərkəzi İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 27001:2013 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi beynəlxalq keyfiyyət sertifikatlarına malikdir.
Son illər İKT-nin ölkəmizdə inkişafı ilə bağlı Məlumat Hesablama Mərkəzinin də fəaliyyət sahələri genişlənib. Hazırda Mərkəzin fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir.
Müəssisənin xidmətlərinə aşağıdakılar daxildir:
Müəssisənin məhsullarına aşağıdakılar daxildir:
Müəssisə bir neçə iri layihələri həyata keçirir. Bunlar aşağıdakılardır: