Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti ― Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti.[1]
"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1992 |
Əvvəlki adı | "Aztelekom” İstehsalat Birliyi |
Baş qərargahın yeri | Bakı, Tbilisi pr., 187 AZ 1122 |
aztelekom.az |
“Aztelekom” MMC Azərbaycan Respublikasının Milli rabitə operatorudur. Fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
"Aztelekom” tərəfindən stasionar telefonlardan ünsiyyətin təmin edilməsi məqsədilə 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir.[2][3][4]
"Aztelekom" İB 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.[5]
Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir.[6][7]
"Aztelekom" MMC respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirir.
Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır.[8] Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır.[9] Növbəti illərdə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılırdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. 2004-cü ildə "Aztelekom"un internet provayderi regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq yaradıldı.
"Aztelekom" İstehsalat Birliyi 2015-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom" öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.[6][7]
2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib.