Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı[1] (abr. BDTL[1]; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Dövlət idarəsi |
Təsis tarixi | 1902 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Rəhbərlik | Baş direktor: Taleh Ziyadov. |
portofbaku.com/az/ | |
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi.
1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
2015-ci ildə Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır.
Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın "Van Oord" şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.[2]
Limanın ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını "EvrAsKon" şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulmuşdur.[2]
Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalama körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikinti işlərinə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.[2]
Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacağı olanlaşdırılmışdır. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.[2]
Azərbaycan Respublikasının Prezident İlham Əliyev 22 sentyabr 2014-cü ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak etmişdir.[2]
Hal-hazırda, Bakı Limanı Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı olmaq istiqamətində irəliləyir.
Yeni Bakı Limanı və terminallar:
Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir:
Bərə Terminalı Ələtdə yerləşən Yeni Limanın qərbində, liman girişinin cənub hissəsində yerləşir. Bərə Terminalı hər iki tərəfində lövbəri olan mərkəzi yanalma körpüsünün də daxil olduğu qoşa yanalma körpülərindən ibarətdir. Qatar vaqonları və yük maşınları daşıyıcı bərələrə bağlayıcı aşırımlar vasitəsilə yanaşır və hər qoşa körpü üzərində layihələndirilən yerüstü giriş körpüsü sərnişinlərin gəmilərə keçməsini təmin edir. Bərələr əsasən qatar vaqonlarını, yük maşınlarını və avtomobilləri daşıyır. Qatarlar üçün gözləmə cığırı hər yanalma körpü cütünün sahil ərazisində, yük maşınları və avtomobillər üçün dayanacaq isə dəmiryolu cığırının hər iki tərəfində yerləşir. Mövcud iki mərtəbəli qatar bərələrə xidmət göstərmək məqsədilə hər yanalma = Bırə körpüsü üçün təmin edilmiş dörd bərə gözləmə cığırı ümumi uzunluğu 364 metr olan iyirmi altı vaqon tutumuna malik olacaq. Uzunluğu 400 metr olan nominal bərə gözləmə sahəsi də layihəyə daxil edilmişdir. Bərə Terminalının ümumi tutumu hər il üçün 288, 000 TEU konteyner və ya 5.9 milyon ton yükdür. Terminalda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bərə Terminalına məxsus 13 bərə vardır.
Bakı Limanının hazırkı Əsas Yük Terminalı (ƏYT) Bakı şəhərinin mərkəzində yerləşir. Orada ümumi uzunluğu 545 metr olan üç tərsanə var. Bu tərsanələrdən biri Bakı ilə Türkmənistan arasında sərnişin və avtomobilləri müntəzəm nəql edən Ro-Ro gəmiləri ilə iş üçün istifadə edilə bilər. Sahil divarında dərinlik Xəzər dənizi səviyyəsindən 7 metr yüksəkdir. Tərsanələr qaldırma imkanları qırx tonadək olan on dörd hərəkətli kranla təchiz edilmişdir. Tutumları 1.5–10 ton olan avtokarlar və tutumları otuz səkkiz ton olan konteyner yükləmə dəstləri ümumi və konteyner yükləri ilə iş üçün səmərəli istifadə olunur. Terminal 2013–2014-cü illərdə sement, klinker və armatur da daxil olmaqla, daim bir milyondan artıq ümumi, qalaq və konteyner yüklərinin işlənməsinə imkan vermişdir. Bir gün ərzində tutumları 150 vaqon və 100 avtomobilədək olan cəmi üç gəmi ilə eyni vaxtda işləmək mümkündür. Dəmir yolunun ümumi uzunluğu limanda 400 metr hissəsinə çıxış imkanı ilə səkkiz kilometrdir. Bu dəmir yolu vaqonlarına çıxış imkanı ilə yükün hamar boşaldılması və yüklənməsinə imkan verir. Şuntlamanı iki dizel lokomotivi yerinə yetirir. Terminal yükün limana asan çatdırılmasına imkan verən dəmir yolu və avtomobil çəkiləri ilə təchiz edilmişdir. Açıq meydançanın ümumi sahəsi təxminən 19,000 m² -dir və qorunan anbar ərazisi təxminən 6,000 m²-dir.
Dübəndi Neft Terminalı Bakı Limanında ticarətin 35%-in daşınmasını həyata keçirir. Bu terminal Abşeron Yarımadasının ən böyük Neft Terminalı olmaqla 8 milyon tona kimi xam neftin daşınmasını həyata keçirə bilir. Terminalda 2 pirs var ki, bu da 4 5,000–13,000 DWT tutumuna malik tankerlərin eyni zamanda boşaltmağa imkan verir. Yük daşımaların demək olar ki, hamısı Qazaxıstan və Türkmənistandan (2010-cu ildə 97%) xam neftin tranzitini təşkil edir. 2010-cu ildə terminalda 2 milyon ton xam neft, o cümlədən tonlarla Qazax nefti (37%) və 1.2 milyon ton Türkmən nefti (60%) daşınıb. Limanın Neft terminalında 2018-ci ilin ilk 9 ay, yanvar-sentyabr aylarında 389.5 min ton xam neft və neft məhsulları aşırılmışdır.
Bakı Limanı 2018-ci ili konteyner aşırılmasında 49% artımla başa vurmuşdur.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC həmişə olduğu kimi 2018-ci ili də uğurla başa vurmuşdur. Yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınmış və ümumi yükaşırmanın həcmi 3.8 milyon tona yaxın olmuşdur. Aşırılmış 3.8 milyon ton yükün 3.2 milyon tonu və ya 84,2%-i tranzit yüklərin payına düşmüşdür.
Xüsusi ilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınmışdır. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-dekabr ayları ərzində 22 887 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən illə müqayisədə 49,0% artım deməkdir (2017-ci ildə 15 337 TEU).
Cari ildə Yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 42 999 ədədə çatmışdır. Bunlardan 24 034 vaqon (55,9%) Bakı-Kurik-Bakı istiqamətində, 18 735 (43,6%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 230 vaqon isə (0,5%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət etmişdir.
Cari ilin yanvar-dekabr ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 21 401 ədəd olmuşdur. Belə ki, bunlardan 3 289 ədədi (15,4%) Bakı-Aktau-Bakı, 15 506 ədədi (72,5%) Bakı-Türkmənbaşı-Bakı, 2 606 ədədi isə (12,1%) Bakı-Kurik-Bakı istiqamətində hərəkət etmişdir.
2018-ci ildə sərnişin dövriyyəsi rekord həcmdə olmuş və hər iki istiqamət (Qazaxıstan və Türkmənistan) üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,0% artım qeydə alınaraq 47 736 nəfər təşkil etmişdir.
Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcəkdir. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulub. Misal üçün, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub. Ümumiyyətlə, AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 milyard dollar səviyyəsində hesablanıb.
Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək. AİZ xüsusi iqtisadi zonanın bir hissəsi kimi Yük Avtomobilləri Dayanacağı, Beynəlxalq Logistika Mərkəzi və Yerli Logistika Mərkəzi kimi bir sıra komponentləri əhatə edir.