Bu məqalə qaralama halındadır. |
Məmmədəli bəy Səlimbəyov (1877-?) — Nicat cəmiyyətinin sədri, həkim.
Məmmədəli bəy Səlimbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədəli bəy Səlimbəyov 1877-ci ildə Bakı şəhərində doğulmuşdu.
"Nicat"cəmiyyətinə növbə ilə Məmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr1907), Məhəmməd Əmin Rəsulzadə (12 noyabr 1907-17 dekabr 1913), eyni zamanda Qasım Qasımov, İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişlər. Cəmiyyətin 1916- cı ildə böyük qalmagala səbəb olmuş və sonradan nəticələri ləğv olunmuş illik yığıncağında Murtuza Muxtarov cəmiyyətin fəxri sədri seçilmişdir.
Məmmədəli bəy Səlimbəyov 1906-cı ildə Müəllimlərin qurultayında 9 avqustda "Diş ağrısı və onun müalicəsi" adlı mühazirə oxumuşdu.
Dindirmə protokolu, Sənəd № 24.
1918-ci il, 5 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Məmmədəli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylovskaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram.
1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə idim. Bazar ertəsi günü səhər saat 6-da mən kabinetdəki pəncərəyə yaxınlaşdım və küçədə silahlı erməni əsgərlərinin kütləsini gördüm; mənə aydın oldu ki, şəhərdə bolşeviklər deyil, ermənilər hücuma keçiblər və bir müsəlman kimi məni ölümcül təhlükə gözləyir. Elə oradaca, mən tüfənglə silahlanmış Stepan Lalayevin Ermansın aptekinin yanında durduğunu gördüm, biz şəxsən tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq. S.Lalayev də məni pəncərədə gördü və sol əlini yuxarı qaldıraraq barmağı ilə məni hədələdi. Səhər saat 11-də ermənilər mənim mənzilimin giriş yolunu dağıtmağa başladılar, oranı dağıtdıqdan sonra giriş qapısını sındırmağa çalışdılar. Qapının bir hissəsi sındırılmışdı, lakin qapının zənciri basqınçılara mənzilə soxulmağa mane olurdu və bunun sayəsində mən və tələbəm salamat qaldıq. Elə həmin gün küçədən mənim mənzilimə 4 atəş açıldı və telefon xətti zədələndi. Gecə biz evin zirzəmisində gizləndik. Bura başqa sakinlər də yığışmışdılar və biz burada gecə yarıyadək qaldıq, gecə saat 12-dən isə Nusembaumun bu evin 4-cü mərtəbəsində yerləşən mənzilində olduq. Çərşənbə axşamı mən səhər saat 4-də durdum və bütün günü, həmçinin ertəsi, çərşənbə günü, mühəndis Qaysın mənzilində gizləndim. Çərşənbə axşamı səhər saat 4-də ermənilər yenidən mənim mənzilimə gəlmiş, linglər və baltalar ilə qapımı sındırmış, evə girmiş və hər şeyi dağıtmışlar. Mənim əmlakım evdən aparılmış, mebel isə məhv edilmişdir. Mən altı səhifədə əmlakımın ətraflı siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Əmlakımın ümumi dəyəri 309.200 rubl təşkil edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm. Oxundu. İmza. M.Səlimbəyov. Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).[1]