Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru.[1]
Məmməd İskəndərov |
Doğum tarixi |
30 dekabr 1908(1908-12-30) |
Doğum yeri |
|
Vəfat tarixi |
20 may 1965(1965-05-20) (56 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Partiya |
|
Fəaliyyəti |
siyasətçi |
- Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub.
- 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
- 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
- O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.[1]
- M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi.
- 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib.
- 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır.
- 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952)[2].
- O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
- O, bu vəzifədə 1952-ci ilin aprelin 16-dək işləmişdir.
- 1952-ci ilin 10 aprelində M.S.İskəndərov təbliğat və təşviqat şöbəsinin müdiri, 1956-cı il 23 noyabrında isə ÜK (b)P MK yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru təyin edilmişdir.[1]