Məmməd Abdullayev

Məmməd Abbas oğlu Abdullayev (1903[1]—1972) — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir.

Məmməd Abdullayev
Məmməd Abbas oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Dağ Kəsəmən, Qazax rayonu Azərbaycan, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı
Elm sahəsi Fizika-riyaziyyat
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti

Məmməd Abdullayev 1903-сü ildə Azərbaycanın Qazax rayonunun Dağ Kəsəmən kəndində mədəni ailədə anadan olmuşdur. İlk təhsilini Qazaxda alaraq, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş və onu fərqlənmə diplomu ilə bitirmişdir.

Məmməd müəllim riyaziyyat-fizika elmləri alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. ADU-nun (indiki BDU) 1940-1960-ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. O, fizikanın mexanika və molekulyar fizika bəhslərindən çox yüksək səviyyədə mühazirə oxumuş[2], məharətlə məsələ həllini və laboratoriya işlərini aparmışdır. Dərin biliyə malik olan Məmməd müəllim həm də əsl ziyalı idi. Onun çox sayda tələbələri akademik, müxbir üzv və professordur. Onun tələbələrindən biri olmuş Qriqori Belenki müəllimi haqqında belə demişdir:

"...universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər. Yadımdadır professor Məmməd Abdullayev mexanika və molekulyar fizika üzrə bizə mühazirə oxuyurdu. Həm şəxsi keyfiyyətləri, həm də ensiklopedik biliklərinə görə qeyri-adi bir insan idi."[2]

1972-ci ildə vəfat etmişdir.

  1. "Optika və molekulyar fizika kafedrası". Bakı Dövlət Universiteti. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2016.
  2. 1 2 Qriqori Belenki: “Bakının küləkləri üçün darıxıram” Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine. azertag.az, 12.05.2012  (az.)