Məmməd Mövsümzadə

Məmməd Mirzə oğlu Mövsümzadə (25 dekabr 1908, Bakı7 dekabr 1984, Bakı) — kimya elmləri doktoru (1946), professor (1947), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1967).[1][2]

Məmməd Mövsümzadə
Məmməd Mirzə oğlu Mövsümzadə
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Atası Mirzə Baloğlan oğlu Mövsümzadə
Anası Ziba Tağı qızı Mövsümzadə
Elm sahələri neft kimyası, üzvi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru (1946)
Elmi adı professor (1947)
Təhsili Bakı Dövlət Universiteti (1925-1930)
Tanınır alim, pedaqoq
Üzvlüyü AMEA (1967)
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Məmməd Mövsümzadə 1908-ci il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olub. O, 1915-ci ildə Bakıda 10 saylı birinci dərəcəli məktəbin birinci sinifinə gedib və 1925-ci ildə 12 saylı ikinci dərəcəli məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra o, elə həmin il Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsinin Təbiətşünaslıq bölməsinə qəbul olunub və 1930-cu ildə universiteti bitirib.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmməd Mövsümzadə 1939-1948-ci illərdə Azərbaycan Dövlət Neft və Səna­ye Universitetinin Kimya-texnologiya fakültəsində dekan vəzifəsində çalışıb. O, 1940-1960-cı illərdə Azərbaycan Tibb Universite­tinin Üzvi kimya kafedrasında dosent, professor, kafedra müdiri vəzifələrini icra edib. 1947-1984-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Üzvi kimya kafed­rasında professor, kafedra müdiri vəzifələrində çalışıb.[4]

1941-1945-ci illərdə

[redaktə | mənbəni redaktə et]

Məmməd Mövsümzadə 1941-1945 ci illərin Böyük Vətən müharibəsi dövründə Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi sahəsində məhsuldar işləyib. Müharibə başa çatan ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məmməd Mövsümzadə neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə edərək kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olub.[4]

Apardığı uğurlu tədqiqatların nəticəsi olaraq M.Mövsümzadə 1945-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1946-cı ildə kimya elmləri doktoru alimlik dərəcəsi və 1947-ci ildə üzvi kimya ixtisası üzrə professor elmi adı alıb. Elmi tədqiqatlarını davam etdirən alim 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasına müxbir üzv seçilib.[4]

Məmməd Mövsumzadənin apardığı el­mi-tədqiqatların əsas istiqamətləri üz­vi alfa oksidlərin sintezi və onların müxtəlif çev­rilmələri və alınmış məhsulların araşdırılmasına aiddir. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirilib.[5]

Alim 258 elmi əsərin, o cümlədən 20-dən çox müəlliflik şəha­dətnamə­si­nin və 9 monoqrafiyanın müəllifidir.[4]

Professor Məmməd Mövsümzadə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Habelə "Əmək veteranı", "Bö­yük Vətən mü­haribəsində Almaniya üzərində qələbəyə görə", V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Fədakar əməyə görə" yubiley medalı ilə təltif olunub. Kimya Sənayesi Nazirliyinin Kollegiyası və Kimya və Neft Kimyası Sənayesi Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Fəxri kimyaçı" fəxri adına layiq görülüb. O cümlədən "Şərəf nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.[3][4]

Məmməd Mövsümzadə 1984-cü il dekabrın 7-də Bakı şəhərində vəfat edib.[4]

  1. AZ, ICA. "Professor Mövsümzadənin 80 yaşı tamam oldu | AŞQARLAR KİMYASI İNSTİTUTU". ica.az (az.). 2019-10-28. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
  2. "lib.az - "25 Dekabr" tariximizdə". lib.az. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.
  3. 1 2 3 "Arxivlənmiş surət". 2014-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
  4. 1 2 3 4 5 6 "Mövsümzadə Məhəmməd Mirzə oğlu". science.gov.az. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
  5. "Mövsümzadə Məmməd Mirzə oğlu". chemistry.bsu.edu.az. 07-06-2017. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.06.2024.