Məmməd Rzayev

Məmməd Rzayev (tam adı: Rzayev Məmməd Hüseyn oğlu; 8 may 1952, Naxçıvan) — fəlsəfə elmləri doktoru, professor; Azərbaycan Respublikasının əməkdar müəllimi[1], Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvü.

Məmməd Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1952(1952-05-08) (72 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim

Təltifləri "Tərəqqi" medalı

Məmməd Rzayev 8 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958-ci ili sentyabrın 1-də Naxçıvan şəhərindəki 4 nömrəli 8 illik məktəbə daxil olmuş, sonra şəhər 1 nömrəli orta məktəbində təhsilini davam etdirərək 1968-ci ildə həmin məktəbi bitirmişdir. 1968-ci il avqust ayında Azərbaycan Pedaqoji İnstutunun Naxçıvan filialına qəbul olunmuş və 1972-ci ildə həmin instutun tarix-filologiya fakültəsinin Tarix ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ilin may ayından 1974-cü ilin may ayınadək hərbi xidmətdə olmuşdur. 1974-cü ilin iyun ayından Naxçıvan Dövlət Universiteti fəlsəfə və sosial elmlər kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən 2015-ci ilədək Naxçıvan Dövlət Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində işləmişdir. Hal-hazırda Fəlsəfə və sosial İş kafedrasında professor vəzifəsində çalışır.

1958–1968-ci illərdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.

1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını, 1980-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir.

1972-ci ildən Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Elmi dərəcəsi və adları

[redaktə | mənbəni redaktə et]
  • Fəlsəfə elmləri namizədi, 09.00.01 – dialektik və tarixi materializm,1984.
  • Fəlsəfə elmləri doktoru 09.00.11.– Sosial fəlsəfə,2007.
  • Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 09.00.11 – Sosial fəlsəfə

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Məmməd Rzayev 250-dən artıq elmi məqalənin və 25 kitabın müəllifidir. Alimin otuzdan artıq əsəri xarici ölkələrdə çap olnmuşdur. Müəllifin respublika mətbuatında 200-dən artıq publisist məqaləsi çap olunmuşdur.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Məmməd Rzayev ilk dəfə olaraq "Keçid dövrü şəxsiyyət tipi"ni elmi dövriyyəyə cəlb etmiş, onun ontoloji, qneseoloji və funksional meyarlarını müəyyənləşdirmişdir. O şəxsiyyət problemini hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, milli-etnik münasibətlər prizmasında, müasir siyasi həyatda və mədəniyyət sistemində hərtərəfli təhlil etmişdir.

M. H. Rzayev postsovet sosial-fəlsəfi fikrində ilk dəfə olaraq, keçid dövrü şəxsiyyətini aksioloji mövqedən araşdırmış, onun formalaşmasında dəyərlərin rolunu açıqlamışdır.

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. İnsan kültürü və çevrenin korunması. Uluslararası coğrafiya çalışmaları. Van Universiteti, 2003, 5 səh
  2. Azərbaycan fəlsəfə tarixində çeviri və şəxsiyyət tərbiyəsi. Uluslararası simpoziumun materialları, Sakarya Universiteti, 2004, 9 səh
  3. Азербайджан в диалоге Восточно-Западной културы нашей эпохи. Санкт-Петербург, Невский фонд, 2007
  4. Müasir şəxsiyyət siyasi fəaliyyətin subyekti kimi. Bakı, Şərq-Qərb-sivilizasiyaların dialoqu. Bakı, 2007, say:2–3(7).
  5. Туризм как фактор совершенствование новой личностьи в Азербайджане. Новосибирск, "Страна Огней", 2009, say:4.
  6. Fəlsəfədə dəyər kateqoriyasının formaları haqqında. NDU-nun elmi əsərləri (ictimai elmlər seriyası), № 2(34), 2010
  7. Müasir şəxsiyyətin fəaliyyətində maddi və mənəvi tərəflərin nisbəti. NDU-nun elmi əsərləri (ictimai elmlər seriyası), № 2 (39), 2011
  8. Müasir ali təhsil sistemi və informasiya mədəniyyətinin formalaşdırılması. Elektron Naxçıvan-5, (nəticələr və vəzifələr), Beynəxalq elmi konfrans, 2011
  9. Идея. свободы в истории восточный философской мысли. Кемерова, Международная конференция, 2011
  10. Туристические ресурсы Нахичеванской Автомной Республики.Междинародная конференция Саратов, 2012
  11. Dünya qayaüstü abidələri və Gəmiqaya. Ərzurum, "İpək yolu və Qafqaz mədəniyyəti mövzusunda beynəlxalq konfrans", 2012
  12. Qloballaşma və ictimai həyatın humanistləşməsi. ADMU-nun 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları, 2012
  13. Üniversitelerarası ilişkiler: Müslüman eserleri üzerinde mimari araştırma olanakları. Ərzurum, III Avrasiya İpək Yolu Universitetlər birliyi toplantısı, 2013
  14. Müasir fəlsəfədə şəxsiyyət. Bakı, "Nurlan", 2003, 167 səh.
  15. Şəxsiyyətin fəlsəfəsi. Bakı, ADPU, 2004, 390 səh.
  16. Şəxsiyyət və zaman. Bakı, "Elm", 2004, 83 səh.
  17. Fəlsəfədə şəxsiyyət problemi. Bakı, "Elm", 2004, 114 səh.
  18. Müasir şəxsiyyət: azadlıq və məsuliyyət. Bakı, ADPU, 2005, 93 səh.
  19. Şəxsiyyət və dəyərlər. Bakı, ADPU, 2005, 78 səh.
  20. Şəxsiyyət müasir transformasiya şəraitində. Bakı, 2007, 136 səh.
  21. Keçid dövrü və şəxsiyyət. Bakı, Yurd, 2007, 391 səh.
  22. Zamanı qabaqlayan dahi. Bakı, Vektor, 2008, 315 səh.
  23. Şəxsiyyət: azadlıq və milli şüur. Bakı, ATU, 2009,118 səh.
  24. Туризм и современность. (Əli Cabbarov ilə birlikdə), Новосибирск, 2011, 160 стр.
  25. Şəxsiyyət haqqında düşüncələr. Bakı, ATU, 2011,211 səh.
  26. Müasir şəxsiyyət. Bakı, MBM, 2015, 534 səh.
  27. Fəlsəfə tarixi. Bakı, MBM, 2015, 301 səh.
  • 16.10.2007 — Azərbaycan "Tərəqqi" medalı[2]
  • 03.08.2009 — "Azərbaycan Respublikasının əməkdar müəllimi"
  • 30.04.2012 — "Qabaqcıl ali təhsil işçisi"