Məmmədhəsən bəy Talışxanov

Məmmədhəsən bəy Mirəlixan oğlu TalışxanovRusiya İmperator Ordusunda general. Mirkazım bəy Talışxanov qardaşı.

Məmmədhəsən bəy Talışxanov
Məmmədhəsən bəy Mirəlixan oğlu Talışxanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (53 yaşında)
Vəfat səbəbi döyüş zamanı ölüm
Təhsili Teymurxanşura realnı məktəbi
Atası Mirəlixan Talışxanov
Həyat yoldaşı  
Dini Şiə İslam
Hərbi xidmət
Xidmət illəri 1882-1914
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Qoşun növü Piyada
Döyüşlər Birinci Dünya müharibəsi
Rütbəsi General-mayor

Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeniQılınclı və bantlı III dərəcəli Müqəddəs Anna ordeni

1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbçi ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir.

İlk təhsilini Lənkəran üçsinifli gimnaziyasında alan Məmmədhəsən bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirərək realnı məktəbin tam kursunu əla qiymətlərlə bitirmişdir. 1882-ci ilin yanvarın 20-də Teymurxan-Şura realnpı məktəbinə daxil olur, o, məktəbdə oxuya-oxuya, həm də 81-ci piyada Abşeron polkunda da xidmət edirdi.

1882-ci il sentyabrın 2-də 15-ci Minqrel Qrenadyor polkuna köçürülür. 1883-cü ilin avqustun 25-də Unter-ofiser rütbəsinə yüksəlir. 1883-cü ilin sonlarında Tiflisdə yerləşən Piyada Yunkerler məktəbinə daxil olur, 1885-ci ildə oranı əla qiymətlərlə qutaran Məmmədhəsən bəy elə həmin il Pyatiqorsk polkuna podpraporşik təyin olunur. 1900-cı ildə 16-cı Minqrel Qranadyor polkuna komandan təyin olunur. 16-cı Minqrel Qranadyor polkunda xidmət edərkən, 1905-ci il yanvarın 16-da kapitan rütbəsinə yüksəlir.

1906-cı il fevralın 19-da III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur. 1911-ci ildə isə general rütbəsinə yüksəlir və elə həmin il III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur. 1913-cü ildə Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin komissiya üzvü olur. Müsəlmanlar Xeyriyyə Cəmiyyəti 1914-cü ildə dagıdılır, lakin 1916-cı ildə Məmmədhəsən bəyin qardaşı general-mayor Kazım bəy Talışxanov təzədən İbrahim bəy Vəkilovla birgə bu cəmiyyəti yaradırlar.

1914-cü ildə Birinci Dünya müharibəsi başlayır və Məmmədhəsən bəy öz polku ilə müharibəyə gedir. 1914-cü il sentyabrın 24-də Avstiya-Macarıstan ordusuna qarşı döyüşdə qəhramancasına həlak olur.