Məmmədtağı Cəfərov

Məmmədtağı İbrahim oğlu Cəfərov (15 iyul 1936, Oxçuoğlu, Amasiya rayonu17 iyun 2007, Gəncə) — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor[2].

Məmmədtağı Cəfərov
1995 – 2007
ƏvvəlkiRaul Qədimov
SonrakıMirdaməd Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1936(1936-07-15)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2007(2007-06-17) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Səbiskar qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri doktoru,

Akademik Məmmədtağı Cəfərov 1936-cı ildə Ermənistan SSR Amasiya rayonundakı Oxçuoğlu kəndində doğulmuşdur. O, ilk təhsilini kənd səkkizillik məktəbində almış, sonra isə İrəvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuş, 1959-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Məmmədtağı müəllim tələbəlik illərindən başladığı elmi axtarışlarını aspiranturada davam etdirmiş, 1964-cü ildə "Azərbaycanın əsas torpaq tiplərində fosfor birləşmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Öz elmi axtarışlarını pedaqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan M. Cəfərov 1964–1973-cü illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki AKTA) aqrokimya kafedrasında assistent, dosent, 1973–1983-cü illərdə isə torpaqşünaslıq və kənd təsərrüfatının meliorasiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır.

M. Cəfərov 1973-cü ildə Belorusiya Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1975-ci ildə isə ona professor adı verilmişdir. Kənd təsərrüfatı elmləri sahəsindəki uzun illər gərgin və səmərəli fəaliyyətinə, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə Məmmədtağı müəllim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir.

Akademik M. Cəfərovun 200-dək elmi əsəri, onlarca kitabı, o cümlədən monoqrafiya və dərslikləri – "Azərbaycan torpaqlarında və əkinçiliyində fosfatlar problemi" monoqrafiyası, iki hissədən ibarət "Torpaqşünaslıq", "Torpaqşünaslıq praktikum" dərsliyi, "Azərbaycanda gübrələmə sisteminin əsasları", "Torpaqşünaslıq və geologiyanın əsasları", "İrimiqyaslı torpaq xəritələrinin tərtibi və istifadəsi", dörd hissədən ibarət "Torpaqşünaslıq" adlı sanballı tədqiqatı və digər əsərləri respublikamızda torpaqşünaslıq elminin inkişafında mühüm rol oynamışdır.

Görkəmli alimin aqrokimya və torpaqşünaslığın müasir probleminə həsr olunmuş elmi fəaliyyətini üç dövrə bölmək olar. 1960–1980-ci illəri əhatə edən birinci dövrdə o, Azərbaycan əkinçiliyi sahəsində az öyrənilmiş fosfatlar probleminin araşdırılmısı ilə məşğul olmuşdur. Bir neçə il əvvəl müxtəlif torpaq-iqlim zonalarında və torpaq tiplərində fosfor ehtiyatı formalarının elmi əsaslarla təqdim olunması, torpaqların fosfor balansının müəyyənləşdirilməsi və fosfor gübrəsinin səmərəli tətbiqinə dair elmi konsepsiyanın işlənib hazırlanmasında mühüm elmi və praktiki əhəmiyyət kəsb edirdi. M. Cəfərovun müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik və doktorluq dissertasiyaları məhz bu aktual problemin həllinə həsr olunmuşdu. Alimin əldə etdiyi zəngin və qiymətli elmi nəticələr respublikamızın Şəki–Zaqatala, Şirvan, Quba–Xaçmaz, Gəncə–Qazax, Kəlbəcər–Laçın bölgələrində uğurla tətbiq edilmişdi.

M. Cəfərovun elmi fəaliyyətinin ikinci dövrü 1980 – 90-cı illəri əhatə edir. Bu dövrdə bilavasitə alimin rəhbərliyi altında Azərbaycanın müxtəlif torpaq-iqlim zonalarında intensiv əkinçilik şəraitində torpaqdan səmərəli istifadə olunması və onun münbitliyinin yüksəldilməsi istiqamətində kompleks tədqiqatlar aparılıb. Bu tədqiqatların əsas mahiyyəti ondan ibarətdir ki, son 80 ildə tətbiq olunan becərmə sistemlərinin təkmilləşdirilməsi labüddür və buna görə də antropogen torpaqların əmələ gəlməsinin öyrənilməsi və torpaqda münbitliyin idarəolunma yollarının müəyyənləşdirilməsi günümüzün zəruri tələbidir. Tədqiqatlarda respublikamızda zonal torpaq tiplərinin və eroziyaya uğramış torpaqların münbitliyinin konseptual modelləri, Şəki–Zaqatala bölgəsində torpaqların münbitliyinin regional modeli işlənib hazırlanmışdır. Qeyd olunan dövrdə aparılan intensiv və faydalı elmi araşdırmaların nəticələri ilə bağlı iki namizədlik və bir doktorluq dissertasiyaları yazılmışdır.

2007-ci ildə vəfat etmişdir.

  1. "Arxivlənmiş surət". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  2. Akademik Məmmədtağı Cəfərovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 ili tamam olur. [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]