Səbiskar qəbiristanlığı — Azərbaycanın Gəncə şəhərində yerləşən tarixi qəbiristanlıq. Qəbiristanlığın ərazisində 18 tarixi türbə yerləşir. Bundan başqa burada bir çox görkəmli Azərbaycan xadimləri də dəfn olunublar. Qəbiristanlığın ərazisində yerləşən Əsgər ağa Gorani türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.
Qəbiristanlıq | |
Səbiskar qəbiristanlığı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
İlk məlumat | XVI əsr |
Sahəsi |
|
40°40′06″ şm. e. 46°20′55″ ş. u.HGYO | |
|
|
|
Qəbiristanlıq müxtəlif fərziyyələrə əsasən ya XVI ya da XIX əsrə aid edilir. Sahəsi 7 hektardır.[1] Burada bir çox məşhur azərbaycanlılar dəfn olunublar. Bundan başqa qəbiristanlıqda müxtəlif heykəllər və qırmızı kərpicdən tikilmiş dörd və səkkiz tağlı 18 türbə var.[2] Qəbiristanlığın ərazisində yerləşən Əsgər ağa Gorani türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3][4]
Türbələr Əsgər Ağa Adıgözəlzadənin, Hacı Mir Qasım Həmzəyevin, İskəndər xan Xoyskinin, Batman Qılınc Dünbülünün, Mirmütalib Qubəli oğlunun, Hacı Səməd Xəlilzadənin, Hacı Vaqif Vəliyevin və digərlərinin xatirəsinə məzarları üstündə tikilib.[1][5] Türbələrdən başqa burada Gəncə əhalisinin adətinə uyğun olaraq bütün ailə üzvləri üçün nəzərdə tutulmuş sərdabə qəbirlər də mövcuddur.[6][7][8]
2009–2011-ci illərdə qəbiristanlığın ərazisində "Difai fədailəri" memorial kompleksi tikilib.[9] Bu kompleksdə Cavad xanın, Şah İsmayıl Xətainin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Xudadat bəy Rəfibəylinin, Cahangir bəy Kazımbəylinin, Sarı Ələkbərin, Abidli Əliqara Məmmədli kimi görkəmli şəxsiyyətlərin büstləri ucaldılıb.[9][10][11]